Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-424/2026 26.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı notarial icra qeydinin etibarsız sayılması və əlaqəli tələblərinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı notarial icra qeydinin etibarsız sayılması və əlaqəli tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən başlanmış notarial icra qeydinin etibarsız hesab edilməsi, borcun məbləği, hesablanmış faiz və cərimələrə hüquqi qiymət verilməsi, şəxsi məlumatlarının qanunsuz istifadəsi faktına hüquqi qiymət verilməsi, maddi və mənəvi zərərin ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Lakin məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsində iddiaçının konkret və aydın şəkildə formalaşdırılmış maddi-hüquqi tələbi göstərilməmiş, irəli sürülən tələblər birbiri ilə hüquqi baxımdan fərqli predmetlərə aid olmaqla, həm hüquqi mahiyyətinə, həm də baxılma qaydasına görə bir-birindən ayrılan tələblər şəklində ümumi və qeyri-müəyyən formada ifadə edilmişdir. Belə ki, iddia ərizəsində: - notarial icra qeydinın etibarsız sayılması, - borcun məbləği və hesablanmış faizlərə hüquqi qiymət verilməsi, - şşəxsi məlumatlarının qanunsuz istifadəsi faktına hüquqi qiymət verilməsi, - maddi və mənəvi zərərin ödənilməsi kimi tələblər sadalanmış, lakin hər bir tələbin hüquqi əsasları və məhkəmədən dəqiq olaraq nə tələb edildiyi müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində iddia tələbləri konkretləşdirilmədiyindən, bir neçə fərqli hüquqi münasibətdən irəli gələn tələblər vahid iddia predmeti kimi qeyrimüəyyən formada təqdim edildiyindən, tələblərin məhkəmə tərəfindən icra oluna bilən və hüquqi nəticə doğuran formada ifadə edilmədiyindən, tələbləri təsdiq edən sübutların siyahısı göstərilmədiyindən, ərizənin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx"MMC-yə qarşı notarial icra qeydinin etibarsız sayılması və əlaqəli tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(5-101)-424/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-424/2026
26.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver