Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-610/2026 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu İddiaçı Cavabdeh qarşı "müqavilənin qüvvədə saxlanması, əsas müqavilənin bağlanmasının məcburi edilməsi, məhkəmə xərclərinin tutulması" tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı "müqavilənin qüvvədə saxlanması, əsas müqavilənin bağlanmasının məcburi edilməsi, məhkəmə xərclərinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin qüvvədə saxlanılmasını, cavabdehin əsas alqı-satqı müqaviləsini bağlamağa məcburi edilməsini və məhkəmə xərclərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Bu halda, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddiaçı hazırkı ərizədə xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin qüvvədə saxlanılmasını və cavabdehin əsas alqı-satqı müqaviləsini bağlamağa icraya məcbur edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehə qarşı yönələn tələbin mahiyyəti aydın deyil. İddiaçı müqavilənin predmetini, eləcə də digər mühüm şərtlərini göstərməmişdir. Beləliklə cavabdehdən hansı öhdəliklərin icra edilməli olunduğunu müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödənilmədiyi və cavabdehə qarşı yönələn tələblər qeyri-müəyyən olduğu üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı "müqavilənin qüvvədə saxlanması, əsas müqavilənin bağlanmasının məcburi edilməsi, məhkəmə xərclərinin tutulması" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(5-101)-610/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-610/2026
04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver