Məhkəmə qərarları › İş №2(5-101)-858/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-858/2026

16.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-858/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “torpağın zəbt edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpağın zəbt edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinin qanunsuz zəbt etməsi faktının tanınması, torpaq sahəsinin tam şəkildə ona qaytarılması, cavabdehin onun xeyrinə 25000 manat maddi ziyanın tutulması, cəmi 50000 manat vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddia tələbində iddiaçı bir-biri ilə əlaqəsi olmayan bir neçə tələbi birləşdirmişdir. Göründüyü kimi, iddiaçı 50000 manat dəyərində maddi və mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini, iddia ərizəsində dəqiq ünvanı göstərilməyən torpaq sahəsinin zəbt edilməsi faktının tanınması və onun qaytarılmasını xahiş etmişdir. Məhkəmə məlumat üçün qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9 il ərzində ona vurulmuş ziyanın əvəzi olaraq 50 min manat pulun cavabdehdən alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5690/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən hal-hazıradək apellyasiya şikayəti verilməmişdir. Həmin qətnamədən görünür ki, hazırkı iddia ərizəsində göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan” b/y-nın ünvanında yerləşən 0.05 ha ölçüsü olan 41 saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 3 saylı notariat ofisinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci tarixli, 348 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 adına 40-2023 nömrəli vərəsəlik işi açılmış və İddiaçı onun yeganə vərəsəsi kimi tanınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-3019/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-71/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-27/2021 nömrəli, 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Mirzəhüseyn oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin iddiaçı X1 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Müiki kollegiyasının 2(103)-71/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda iddiaçı mövcud qətnamənin icrasını tələb etmək əvəzinə məhkəmədə yenidən oxşar məzmunlu iddia qaldıraraq, həm vurlumuş ziyanın əvəzini tələb edir, həm də torpaq sahəsinin ona qaytarılmasını xahiş edir. Halbuki, hər iki tələblə bağlı qətnamə mövcuddur. Sadəcə həmin torpaq sahəsinin zəbt edilməsi faktının tanınması cümləsi iddia ərizəsinə əlavə olunmuş, digər iki tələblə əlaqəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpağın zəbt edilməsi və maddi-mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar