Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-101)-931/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sahiblik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizənin mahiyyəti: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sahiblik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 10 saylı ev üzərində sahiblik hüququnun müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 4.3. Əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçınm hansı orqana müraciət etməli olması orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsindən yolverilməzliyinə imtina edilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, qanunvericilikdə məhkəmə icraatının iki növü fərqləndirilmişdir ki, bunlara iddia icraatı və xüsusi icraat aiddir. Bu iki iddia növü bir-birindən hüquq haqqında mübahisənin olub-olmamasına görə fərqləndirilir. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. İddia icraatı qaydasında baxılan işlər iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsasında başlamaqla, həmin icraat növündə tərəflər arasında hüquq haqqında mübahisə ilə müşahidə edilir. Bundan fərqli olaraq xüsusi icraat qaydasında baxılan işlər ərizəçi tərəfindən verilmiş ərizə əsasında başlanılır, işlər ərizəçi və maraqlı şəxsin iştirakı ilə həyata keçirilməklə, bu qəbildən olan işlər üzrə hüquq haqqında mübahisə mövcud olmur. Əgər bu kateqoriya işlərdə hüquq haqqında mübahisə olduqda ərizə baxılmamış saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, daşınmaz əmlak üzərində sahiblik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə göstərir ki, şəxsin əmlak üzərində sahibliyi həyata keçirməsi fakt olmaqla, həmin faktın müəyyən edilməsi üçün şəxs məhkəmə iddia icraatı üçün nəzərdə tutulmuş qaydada deyil, xüsusi icraat qaydasında müraciət etməlidir. Lakin məhkəmə bunu da vurğulamaq istəyir ki, xüsusi icraat qaydasında baxılan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında işlərin qəti olmayan siyahısı MPM-nin 307.2-ci maddəsində göstərilmişdir və həmin siyahıda şəxsin əmlak üzərində sahibliyinin müəyyən edilməsinə dair işlər göstərilməmişdir. Həmçinin şəxsin əmlak üzərində sahiblik həyata keçirməsi hüquqi əhəmiyyət daşımadığından qaldırılan iş, həmçinin xüsusi icraat qaydasında da məhkəmədə baxılmalı deyildir. Odur ki, məhkəmə hesab edir ki, hal-hazırda qaldırılan iddia məhkəmədə baxılmalı deyildir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “sahiblik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(5-101)-931/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(5-101)-931/2026
19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver