Məhkəmə qərarları › İş №2(5-102)-16/2026

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-16/2026

06.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-16/2026 06.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh1 qarşı «ziyan və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1 və X3 qarşı «ziyan və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1700 manat icarə haqqının, 150 manat ödənilmiş cərimə məbləğinin və 2000 manat təmir xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayından etibarən iddiaçı olaraq mənimlə Cavabdeh1 arasında şifahi qaydada icarə münasibətləri yaranmışdır. Tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən, 2011-ci il buraxılışlı, KOEGEL markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yanmqoşqu nəqliyyat vasitəsi müvəqqəti istifadə üçün cavabdehin istifadəsinə verilmişdir. Belə ki, razılaşmaya əsasən, cavabdeh həmin nəqliyyat vasitəsindən istifadəyə görə hər ay 1700 (min yeddi yüz) manat məbləğində icarə haqqını mənə ödəməyi öhdəsinə götürmüşdür. Bildirirəm ki, mən üzərimə düşən öhdəliyi tam və vaxtında yerinə yetirərək, mənə məxsus 2011-ci il buraxılışlı, KOEGEL markalı yanmqoşqu, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh1 istifadəsinə vermişəm. Bildirirəm ki, mən üzərimə düşən öhdəliyi tam və vaxtında yerinə yetirərək, mənə məxsus 2011-ci il buraxılışlı, KOEGEL markalı yanmqoşqu, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh1 istifadəsinə vermişəm. Cavabdeh1 etibarımdan sui-istifadə Edərək, guya ki, özününü xəstə olduğunu bildirmiş, icarəsində olan yük maşınının içərisində mal olduğunu və təcili başqa yerə çatdırılmalı olduğunu, bu səbəbdən də öz tanış sürücüsü X3 etibarnamə verməyimi xahiş etmişdir. Mən də hümanisük edərək, həmçinin Elnurun səmimiyyətinə inananaraq 31 iyul 2025-ci il tarixdə mənə məxsus 2011-ci il buraxılışlı, KOEGEL markalı yarımqoşqu, **-ZE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X1 etibarnamə vermişəm. Lakin sonradan Elnur nəqliyyat vasitəsini məndən icazəsiz X3 təhvil verilmiş, onun istifadəsinə vermiş və qanunsuz olaraq ona icarəyə verərək mənim əmlakım üzərindən gəlir əldə edərək əsassız varlanmışdır. Nəticədə cavabdehləri» bu qanunsuz hərəkətləri nəticəsində mənə məxsus nəqliyyat vasitəsi yararsız vəziyyətə salınmış, istifadəsiz halda kənara atılmışdır. 04 oktyabr 2025-ci il tarixdə Cavabdeh1 tərəfindən mənə səsli mesaj (konum) göndərilərək, nəqliyyat vasitəmi götürməyim tələb edilmişdir. Lakin Cavabdeh1 icarə münasibətlərindən irəli gələn öhdəliklərini pozaraq, sonuncu aylar, yəni avqus və Sentyabr aylarında ümumi ödəməli olduğu 2400 manatdan 700 manatını ödəmiş, lakin 1700 (min yeddi yüz) manat məbləğində icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Həmçinin, mən avtomobili təhvil alarkən əlavə olaraq 150 (yüz əlli) manat məbləğində cərimə ödəməyə məcbur olmuşam. Bu cərimə məbləği Cavabdeh1 və digər cavabdehin qanunsuz hərəkətindən yaranmışdır. Amma mən ödəməyə məcbur olmuşam. Bundan əlavə, yararsız vəziyyətə salınmış avtomobilimin təmiri üçün 2000 (iki min) manat məbləğində təmir xərci çəkmişəm. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənim 2011-ci il buraxılışlı, KOEGEL markalı yarımqoşqu, 99-ZEr584 dövlət qeydiyyat nişanlı avtomobilimə 2000 (iki min) manat məbləğində maddi zərər dəymişdir. Nəticədə, cavabdehin qanunsuz hərəkətləri və öhdəliklərini pozması nəticəsində mənə 1700 (min yeddi yüz) manat məbləğində icarə haqqı, 150 manat tərəfimdən ödənilmiş cərimə borcu və 2000 (iki min) manat məbləğində təmir xərcləri olmaqla, ümumilikdə 3850 (üç min səkkiz yüz əlli) manat məbləğində maddi zərər dəymişdir. Məsələ ilə bağlı dəfələrlə Cavabdeh1 və digər cavabdehə müraciət etməyimə baxmayaraq, borcun könüllü şəkildə ödənilməsi təmin edilməmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 1700 manat icarə haqqının və 2000 manat təmir xərcinin Cavabdeh1, 150 manat ödənilmiş cərimə məbləğinin X2 tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, 2025-ci ilin yanvar ayının 20-də Cavabdeh1 maşını ondan təhvil alıb, oktyabr ayının 4-də isə geri qaytarıb. 2025ci ilin avqust ayından qalan 500 manat və sentyabr ayından qalan 1200 manat icarə haqqını tələb edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı ona məxsus Koegel yarımqoşqu markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh1 etibar etmişdir. Nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı ona məxsus Koegel yarımqoşqu markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi cavabdeh Ç.İsmayılova etibar etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, onun iddiaçıya 650 manat ödənilməli pulu qalıb. 150 manat Çingizin cərimə borcu və 2025-ci ilin avqust ayından qalan 500 manat icarə haqqı. Avtomobili sonuncu səfərdən qayıdanda xarab olduğundan dayanacağa yerləşdirdi və sentyabr ayında işləmədi. Aylıq 1700 manat icarə haqqı razılaşmışdılar. Avtomobilə öz hesabına ümumilikdə 3600 manat qiymətə təkər almışdır. Buna görə hər ayın icarə haqqından təkərə ödədiyi pulun müqabilində 500 manat çıxmaqla 1200 manat iddiaçıya ödəniş edirdi. Avtomobili iddiaçıya təhvil verəndə müəyyən nasazlıqları var idi, lakin xərcləri 2000 manat dəyərində olmazdı. Məhkəmə iddia tələbinin “Cavabdeh1 2025-ci ilin avqust və sentyabr ayları üçün 1700 manat icarə haqqının tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: AR Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış şifahi icarə müqaviləsinə əsasən iddiaçı ona məxsus Koegel yarımqoşqu markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə aylıq icarə haqqı 1700 manat razılaşdırılmaqla icarəyə vermişdir. Lakin Cavabdeh1 2025-ci ilin avqust ayından etibarən iddiaçıya icarə haqqını ödəməyi dayandırmışdır. Məhkəmə qeyd edir ki, 2025ci ilin avqust ayı üçün iddiaçıya ödənilməli olan, lakin ödənilməyən 500 manat icarə haqqının mövcudluğunu tərəflər mübahisələndirmir. Tərəflər sentyabr ayı üçün tələb edilən 1200 manat icarə haqqı barədə mübahisə edirlər. Belə ki, iddiaçı bildirir ki, avtomobili oktyabr ayında təhvil alıb və bu səbəbdən sentyabr ayının da icarə haqqı ona ödənilməlidir. Cavabdeh1 isə bildirir ki, avtomobil həmin vaxt yararsız vəziyyətdə olduğundan, o, avtomobildən müqaviləyə uyğun istifadə edə bilməyib və bu səbəbdən həmin ay üçün icarə haqqı ödəməməlidir. Məhkəmə qeyd edir ki, hər iki ay üçün ödənilməli olan ümumilikdə 1700 manat icarə haqqı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, tərəflərin izahatlarında da görünür ki, avtomobilin xarab olması və istifadəyə uyğun olmaması iddiaçının təqsirindən baş verməmişdir. İddiaçı avtomobili cavabdehə saz vəziyyətdə vermişdir. Cavabdeh isə avtomobili təyinatına uyğun istifadə edərkən avtomobilə lazımi zəruri qulluğu göstərməmiş və bu səbəbdən avtomobil sentyabr ayında istifadəyə yararsız hala düşmüşdür. Başqa sözlə, cavabdehin sentyabr ayında avtomobildən istifadə edə bilməməsi iddiaçının təqsiri ucbatından olmamışdır. Məhkəmə ”Cavabdeh1 2000 manat təmir xərcinin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 kirayəyə götürdüyü əşyanı istifadə edərkən onun yararlılığına diqqət etməli və zəruri xərclərini ödəməli idi. O, bunları etmədiyindən avtomobil yararsız hala düşmüş və göründüyü kimi, cavabdehin bu hərəkəti nəticəsində iddiaçıya zərər dəymişdir. Avtomobilin iddiaçıya təhvil verilərkən yararsız vəziyyətdə olmasını cavabdeh də etiraf edir. İşdə olan xx.xx.2025 və xx.xx.2025-ci il tarixli satış qaimələrinin surətlərindən görünür ki, avtomobilin təmir-bərpası üçün iddiaçı tərəfindən ümumilikdə 1091 manat məbləğində ödəniş edilmişdir. Avtomobilin zəruri istismar və qulluq xərcləri kirayəçiyə aid olduğundan sözügedən məbləğ Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Məcəlləsinin: 680.1-ci maddəsinə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə tələbin “150 manat cərimə ödənişinin əvəzinin cavabdeh Ç.İsmayılovdan tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, həm tərəflərin izahatlarından, həm də işdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, yol-nəqliyyat hərəkəti qaydalarını pozduğuna görə Ç.İsmayılovun adına yazılmış ümumilikdə 135 manat məbləğində cərimə ödənişi iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda cavabdeh iddaçının hesabına əsassız varlana bilər ki, bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən sözügedən məbləğ cavabdeh Ç.İsmayılovdan iddiaçının xeyrinə tutulmalıdır. AR Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi qismən təmin olunduğundan hazırkı iş üzrə məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1700 manat icarə haqqı və maddi zərərin əvəzi kimi 1091 manat məbləğində pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. 135 manat məbləğində pul vəsaiti X2 İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh1, 15 manat hissəsi isə X2 İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar