Məhkəmə qərarları › İş №2(5-103)-309/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-103)-309/2026

18.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(5-103)-309/2026 18.03.2026 BAKI ŞƏHƏRI SURAXANI RAYON MƏHKƏMƏSI Hakim Məmmədov Məmməd Əhməd oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçılar iddiaçı2 və iddiaçı1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı iddiaçı2 və iddiaçı1 Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehə məxsus cehiz əşyalarının, yəni bir ədəd tozsoran, “Samsung” markalı bir ədəd paltaryuyan, qonaq otağı mebel dəsti, mətbəx mebeli, bir ədəd şifonyer, bir ədəd komod, bir ədəd divan, iki ədəd kreslo, bir ədəd yataq dəsti, bir ədəd masa, altı ədəd stul, “Moulinex” markalı bir ədəd şirəçəkən, bir ədəd ətçəkən, bir ədəd soba, qab-qacaq və bıçaq-çəngəl dəstlərinin iddiaçıların sahiblik və istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların sahiblik və istifadələrindədir. Cavabdeh Cavabdeh iddiaçı1 ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçərək bir müddət orada yaşamışdır. Lakin ailə münasibətləri pisləşmiş və nikahları pozulmuşdur. Cavabdeh uzun müddətdir ki, onlara məxsus olan fərdi yaşayış evində yaşamır, onun yaşayış yeri tamamilə başqa ünvandadır. Buna baxmayaraq cavabdehə məxsus cehiz əşyaları hazırda onlara məxsus fərdi yaşayış evindədir. Cavabdeh qəsdən həmin əmlakları götürüb aparmaqdan yayınır. Cavabdehin onların sahibliyində və istifadəsində olan evdə yaşamadığı halda orada öz cehiz əşyalarını saxlaması evə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək kimi dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozur. Ona görə də hesab edirlər ki, məhkəmə qaydasında cavabdeh Cavabdeh məxsus olan cehiz əşyaları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçı iddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, digər iddiaçı iddiaçı2 Adığözəl oğlu onun atası, cavabdeh Cavabdeh isə keçmiş həyat yoldaşıdır. Cavabdehlə iki ilə yaxın müddətdir ki, boşanıblar. Evi atası tikmişdir, lakin evə dair hüquq müəyyənedici sənədləri yoxdur. Boşanmalarına baxmayaraq cavabdeh cehiz əşyalarını evdən çıxarmır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, digər iddiaçı iddiaçı1 onun oğludur. Cavabdeh Cavabdeh isə keçmiş gəlinidir. Cavabdehlə oğlu iki ilə yaxın müddətdir ki, boşanıblar. Evi o, tikmişdir, lakin evə dair hüquq müəyyənedici sənədləri yoxdur. Oğlu ilə keçmiş gəlini boşanmalarına baxmayaraq cavabdeh cehiz əşyalarını iki ilə yaxın müddətdir ki, evdən çıxarmır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh iştirak edərək bildirdi ki, iddiaçı1 ilə ailə həyatı qurub iddiaçılara məxsus olan evdə yaşamışlar. İki ilə yaxındır ki, boşanıblar. Evin iddiaçılara məxsus olmasını və cehiz əşyalarının ona məxsus olmasını təsdiq edir. Lakin o, iddiaçılara bildirib ki, həmin cehiz əşyaları atasına məxsus olan evə yerləşmir. Hazırda həmin əşyaları apara biləcəyi yer olmadığı üçün əşyaları çıxara bilmir. Tezliklə ipoteka krediti ilə mənzil əldə edib əşyalarını iddiaçılara məxsus olan evdən çıxaracaq. İş materialları. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbə nümayəndəliyi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli *** nömrəli arayışdan görünür ki, iddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır və ailə üzvləri iddiaçı2 və X2 ibarətdir. İş materiallarına əlavə edilmiş, Suraxanı Rayon Məhkəməsinin ## ### 2007-cı il tarixli qətnaməsinin surətindən məlum olu ki, X2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış hüququ tanınmış və onun həmin evə qeydiyyata alınması Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və X5 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş 25 ədəd fotoşəkildə cavabdehə məxsus olan cehiz əşyaları təsvir edilmişdir. Məhkəmə iclası zamanı cavabdeh Cavabdeh şəkillərə baxaraq əşyaların ona məxsus olmasını təsdiq etmişdir. İş matariallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı1 Bakı ** saylı Mediasiya təşkilatının xeyrinə 50 (İMS 50 manat+10 manat poçt xərci) manat pul ödəmişdir. İş matariallarına əlavə edilmiş ##.##.2026-c il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı1 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İşin faktiki halları. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılar iddiaçı2 və iddiaçı1 sahiblik və istifadəsindədir. Fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənədlər yoxdur. İddiaçı iddiaçı1 və cavabdeh Cavabdeh birgə nikahda olmuş və boşanmışlar. Birgə nikahdan ##.##.2022-ci il təvəllüdlü iddiaçı2 Sənan oğlu dünyaya gəlmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından görünür ki, İddiaçı iddiaçı1 və cavabdeh Cavabdeh birgə nikahda olmuş və boşanmışlar. Cavabdeh öz növbəsində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçılara məxsus olmasını və həmin yaşayış evində olan cehiz əşyalarının ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə hesab edir ki, evə dair hüquq müəyyənedici sənədlərin olmaması faktı şəxsin əşya hüquqlarının müdafiəsini istisna etməməlidir. Bu cür iddialara baxılarkən məhkəmələr şəxslərin əşya hüquqlarını üstün tutmalıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı işdə məhkəmənin mövqeyi fərdi yaşayış evinin sahiblərinin hüquqlarının qorunması istiqamətində olmalıdır. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, əşyaların çıxarılmasının tələb edildiyi fərdi yaşayış evi iddiaçılara məxsusdur. Bu baxımdan iddiaçılar həmin fərdi yaşayış evinin faktiki sahibləridir. Belə vəziyyətdə cavabdehə məxsus əşyaların iddiaçılara məxsus fərdi yaşayış evində qalması onların həmin yaşayış sahəsi üzərində sahiblik və sərbəst istifadə etmək hüquqlarını məhdudlaşdırır. Nəzərə alınmalıdır ki, Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin halları ilə müəyyən olunur ki, cavabdeh uzun müddətdir ki, iddiaçılara məxsus fərdi yaşayış evində yaşamır. Tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçılar tərəfindən cavabdehə yeni yaşayış sahəsinin əldə edilməsi və əşyaların çıxarılması üçün kifayət qədər vaxt (təxmini iki ilə yaxın müddət) verilmişdir. Cavabdeh isə bu müddət ərzində əşyalarını çıxarmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin əşyalarını yerləşdirmək üçün müvafiq yaşayış sahəsinə malik olmaması iddiaçıların sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yarada bilməz və iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin ediməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə iddia təmin edildiyindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçılar iddiaçı2 və iddiaçı1 faktiki sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyaları cavabdeh Cavabdeh tərəfindən həmin ünvandan çıxarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı iddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçılar iddiaçı2 və iddiaçı1 faktiki sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus cehiz əşyaları, yəni bir ədəd tozsoran, “Samsung” markalı bir ədəd paltaryuyan, qonaq otağı mebel dəsti, mətbəx mebeli, bir ədəd şifonyer, bir ədəd komod, bir ədəd divan, iki ədəd kreslo, bir ədəd yataq dəsti, bir ədəd masa, altı ədəd stul, “Moulinex” markalı bir ədəd şirəçəkən, bir ədəd ətçəkən, bir ədəd soba, qab-qacaq və bıçaq-çəngəl dəstləri cavabdeh Cavabdeh tərəfindən həmin fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və 50 manat məbləğində mediasiya xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı iddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar