Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-103)-335/2026 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçı Əhmədbəylı̇ Taleh Arı̇ f oğlunun, cavabdeh Rəzı̇ zadə Mı̇ rtofı̇ q Ağamməd oğlunun iştirakları ilə, İddiaçı Əhmədbəylı̇ Taleh Arı̇ f oğlunun cavabdeh Rəzı̇ zadə Mı̇ rtofı̇ q Ağamməd oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı Əhmədbəylı̇ Taleh Arı̇ f oğlu cavabdeh Rəzı̇ zadə Mı̇ rtofı̇ q Ağamməd oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13500 manat maddi ziyanın, 5000 manat mənəvi ziyanın, cəmi 18500 manat pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında 20 oktyabr 2021-ci il tarixli MAS-4542 saylı X5 bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (“Khazar LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFMF802804 ban nömrəli, ağ rəngli avtomobil) muzdlu lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, İddiaçı isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.3-cü bəndinə əsasən bu lizinq müqaviləsinin əsas məbləğini 14.950 manat təşkil edir. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Khazar LX” minik markalı, 77- PF478 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12330 manat təşkil edir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X3 xəsarət alması ilə yanaşı “Kia-Rio” markalı **-UH-*** dövlət qeydiyyat nişanlı və “Opel-Astra” markalı **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin əzilmələri, “Khazar” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozması nəticəsində baş vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-10/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2406/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cüil tarixli qətnaməsi mübahisələndirilən hissədə-avtomobilə dəymiş zərərin əvəzinin tutulması tələbinə dair iddianın təmin edilmiş hissəsində dəyişdirilməsi, cavabdeh İddiaçı "xxxx" MMC-nin xeyrinə maddi zərərin əvəzi olaraq tutulacaq pul vəsaiti 8.378 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi X1 hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Odur ki, 13500 manat ziyan dəymişdir. Bu səbəbdən hazırda cavabdehə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Əhmədbəylı̇ Taleh Arı̇ f oğlu mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Rəzı̇ zadə Mı̇ rtofı̇ q Ağamməd oğlu mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etirazı olmadığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarı “...Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. Mülki Prosessual Məcəllənin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İşin faktiki hallarından görünür ki, hazırki tələb vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil etməklə iş ürə tərəflər fərdi sahibkarlardır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, həm iddiaçı Əhmədbəylı̇ Taleh Arı̇ f oğlu (fərdi sahibkar – VÖEN:**********) , həm də cavabdeh Rəzı̇ zadə Mı̇ rtofı̇ q Ağamməd oğlu (fərdi sahibkar- VÖEN:**********) sahibkarlıq subyektləri olmaqla, qanunla qadağan edilməyən müəyyən fəaliyyət istiqamətləri üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından nəzərə alınmalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Mülki mübahisənin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid edilməsi ilə bağlı qanunla nəzərdə tutulmuş bir digər meyar – mübahisənin predmeti kimi qəbul olunur. Hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki hüquq mübahisəsinin predmetini vurulmuş ziyanın ödənilməsi təşkil edir. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, mülki iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31,32,44,45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Əhmədbəylı̇ Taleh Arı̇ f oğlunun cavabdeh Rəzı̇ zadə Mı̇ rtofı̇ q Ağamməd oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(5-103)-335/2026
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(5-103)-335/2026
24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver