Məhkəmə qərarları › İş №2(5-104)-1184/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(5-104)-1184/2026

05.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-104)-1184/2026 05.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) əsası ilə istehlakçı-alıcı kimi mənəvi zərərin əvəzinin ödənilməsi - mənəvi zərərin pul kompensasiyası” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) əsası ilə istehlakçı-alıcı kimi mənəvi zərərin əvəzinin ödənilməsi - mənəvi zərərin pul kompensasiyası” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.8-ci, 6.1.9-cu, 14.2.6-cı, 18-ci, 21-ci və 23-cü maddələrinə əsasən mülki hüquqların müdafiə üsulu kimi iddiaçı (istehlakçı - alıcı) kimi onun Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı irəli sürdüyü mülki hüquq pozuntusu (delikt) əsası ilə istehlakçı - alıcı kimi ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi - mənəvi zərərin pul kompensasiyası barədə hazırki iddiası ilə əlaqədar mülki iş üzrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına əsasən preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəyə minmiş məhkəmə aktları - Bakı Səhəri Yasamal Rayon Məhkəməsinin 2(004V2833/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5066/2025 nömrəli 06 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş və təsdiq edilmiş onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzili ilə əlaqədar mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına və ona çıxarışın verilməsinə Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 2024-cü ilin iyun ayından başlayaraq hal-hazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində ardıcıl (davamlı) və qərəzli olaraq qanunsuz hərəkətlərlə və qanunsuz tələblərlə qanunsuz məhdudiyyətlər və qanunsuz maneələr yaratması nəticəsində; istehlakçı (“Payçı”- mənziltikinti kooperativinin üzvü) kimi onun Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzili ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, 71-ci maddələrində, mülki və mənzil qanunvericliyində təminat verilmiş konstitusion mənzil və mülkiyyət hüquqlarımı 2024-cü ilin iyun avından başlayaraq hal-hazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində qərəzli olaraq və ardıcıl (davamlı) şəkildə müxtəlif bəhanələrlə, qanunsuz hərəkətlərlə və qanunsuz tələblərlə qanunsuz məhdudlaşdırması və həmin mülkiyyətinə qanunsuz müdaxilələr etməsi nəticəsində; protokolla rəsmiləsdirilməklə qəbul edilmiş və Cavabdeh Mənzil-Tikinti Kooperativində saxlanılan (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109-113-cü, 45.1-ci, 45.4-cü və digər maddələri) hüquqmüəyyənedici sənədin - Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilinin “Payçı” (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzili üzərində xüsusi mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.6-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 16-cı, 17.5-ci, 112-113-cü maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə binanın sahə mülkiyyətçisi (“Payçı”mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsindən heç bir aidiyyəti və əlaqəsi olmayan, qanunsuz və əsassız tələblər irəli sürməklə və dəlillər göstərməklə, müxtəlif bəhanələrlə ardıcıl (davamlı) olaraq 02 iyul 2024-cü il tarixli və 28 oktyabr 2024-cü il tarixli məktublarla qanunsuz və əsassız imtina etməklə qanunvericiliyin tələblərini və alıcı - “Payçı”(mənzil-tikinti kooperativinin üzvü) kimi mənimlə cavabdeh - satıcı Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqaviləyə əsaslanan öhdəliklərini pozaraq və hüquqi məsuliyyət yaradan bu qanunsuz hərəkətləri ilə Cavabdeh Mənzil-Tikinti Kooperativi aralarında bağlanmış 27 dekabr 2007-ci il tarixli Alqı- Satqı Müqaviləsinin icra edilməsinə - onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilinin üzərində xüsusi mülkiyyət hüquqlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139- 1.1.6-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 16-cı, 17.5-ci, 112- 113-cü maddələrinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına və ona mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzili ilə əlaqədar çıxarışın və texniki pasportun verilməsinə 2024-cü ilin iyun ayından başlayaraq hal-hazıra kimi hüquqdan sui- istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində ardıcıl (davamlı) olaraq qanunsuz maneələr və məhdudiyyətlər yaratması və həmin mülkiyyətinə qanunsuz müdaxilələr etməsi nəticəsində; Cavabdeh Mənzil-Tikinti Kooperativinin 2024-cü ilin iyun avından başlayaraq hal-hazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində əvvəlcədən düşünülmüş, ardıcıl (davamlı) və məqsədyönlü şəkildə bazar dəyəri xüsusilə külli miqdar təşkil edən mənim mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilinə qarşı yönəlmiş və həmin mənzilinə qəsd edən (mülkiyyətinə qəsd edən) qanunsuz hərəkətlərə (qeyri-hüquqi hərəkətlərə) yol verməsi nəticəsində; istehlakçı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi onun həmin mənzili ilə əlaqədar konstitusion mülkiyyət və mənzil hüquqlarını 2024-cü ilin iyun ayından başlayaraq halhazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində qərəzli olaraq və ardıcıl (davamlı) şəkildə müxtəlif bəhanələrlə, qanunsuz hərəkətlərlə və qanunsuz tələblərlə qəsdən pozması nəticəsində; istehlakçı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi onun həmin mənzili ilə əlaqədar konstitusion mülkiyyət və mənzil hüquqlarını 2024-cü ilin iyun ayından başlayaraq halhazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində qərəzli olaraq və ardıcıl (davamlı) şəkildə müxtəlif bəhanələrlə, qanunsuz hərəkətlərlə və qanunsuz tələblərlə qəsdən pozaraq istehlakçı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi ona ağlasığmaz mərhümiyyətlər yaratması nəticəsində; istehlakçı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi onun həmin mənzili ilə əlaqədar konstitusion mülkiyyət və mənzil hüquqlarını 2024-cü ilin iyun ayından başlayaraq hal-hazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində qərəzli olaraq və ardıcıl (davamlı) şəkildə müxtəlif bəhanələrlə, qanunsuz hərəkətlərlə və qanunsuz tələblərlə qəsdən pozaraq və həmin mülkiyyətinə qanunsuz müdaxilələr edərək istehlakçı (“Payçı”- mənziltikinti kooperativinin üzvü) kimi ona mənəvi baxımdan əzab-əziyyətlər verməsi və zülmlər yaşatması nəticəsində; Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 2024-cü ilin iyun ayından başlayaraq hal-hazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilinin qanunsuz olaraq Cavabdeh Mənzil-Tikinti Kooperativinin balansına qeri qaytarılması ilə bağlı edilən cəhdlərlə əlaqədar həmin mülkiyyətinə (mənzilinə - əmlakına) edilən qəsd nəticəsində, habelə onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilinin üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq ona çıxarışın və texniki pasportun verilməsinə qəsdən aşkar qanunsuz maneələr və məhdudiyyətlər yaradan qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətində olan və bazar dəyəri (bazar qiyməti) xüsusilə külli miqdar təşkil edən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilimin (əmlakımın) müqəddəratı ilə bağlı mənim daim dərin əsəbi vəziyyətlər yaşamağıma və mənim daim dərin əsəbilik, təlaş və təşviş hissləri keçirməyimə görə; beləliklə, Cavabdeh Mənzil-Tikinti Kooperativinin 2024-cü ilin iyun ayından başlayaraq hal-hazıra kimi hüquqdan sui-istifadə etməklə və hüquqazidd davranışla uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində ardıcıl (davamlı) olaraq Azərbaycan Respublikasının Konstitusiyasını, mülki və mənzil qanunvericiliyinin normalarını pozan təqsirli (qəsdlə) və hüquqazidd əməllər törədərək və Azərbaycan Dövlətinin qanunvericilik aktlarına zidd olan hərəkətlərə (hüquqazidd davranışa) yol verərək protokolla rəsmiləsdirilməklə qəbul edilmiş və Cavabdeh Mənzil- Tikinti Kooperativində saxlanılan f.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109- 113-cü, 45.1-cu 45.4-cü və disər maddələri) hüquqmüəwənedici sənədin - Bakı səhəri Yasamal rayonu İsmavılbəv Outqasınlı küçəsi 89 saylı coxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilimin “Payçı” (mənzil-tikinti kooperativinin üzvü) kimi mənə verilməsi (ayrılması) barədə Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) 27 dekabr 2007-ci il tarixdən mənim mülkiyyətimdə olan və hazırda istifadəmdə olan Bakı səhəri Yasamal rayonu İsmavılbəv Outqasınlı küçəsi 89 saylı coxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilim üzərində xüsusi mülkiyyət hüquqlarımın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.6-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 16-cı, 17.5-ci, 112-113-cü maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə binanın sahə mülkiyyətçisi (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi mənə təqdim edilməsindən heç bir aidiyyəti və əlaqəsi olmayan, qanunsuz və əsassız tələblər irəli sürməklə və dəlillər göstərməklə, müxtəlif bəhanələrlə ardıcıl (davamlı) olaraq 02 iyul 2024-cü il tarixli və 28 oktyabr 2024-cü il tarixli məktublarla qanunsuz və əsassız imtina edərək və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 109-4.1.3-cü, 427.1-ci, 427.3-cü, 427.4-cü, 567-ci, 568.1-ci, 568.2-ci, 569.1-ci, 646.1-ci, 648.1-ci, 648.2-ci və digər maddələrinin tələblərini qəsdən pozaraq “Payçı” (mənzil-tikinti kooperativinin üzvü) kimi mənim Bakı səhəri Yasamal rayonu İsmavılbəv Outqasınlı küçəsi 89 saylı coxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilim üzərində mülkiyyət hüquqlarımı qəsdən qanunsuz olaraq məhdudlaşdırmaqla, həmin mülkiyyətimə qanunsuz müdaxilələr etməklə və əmlak (mülkiyyət) hüquqlarımı qəsdən pozmaqla (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarında formalaşdırılmış məcburi hüquqi mövqelərində göstərildiyi kimi daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılaraq müvafiq inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülki-hüquqi münasibətin, yəni mülki-hüauai hərəkətin nəticəsinin təsdiq edilməsinə uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində ardıcıl (davamlı) olaraq qəsdən qanunsuz maneələr və məhdudiyyətlər yaratmaqla) və Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin (azadlıq hüququ), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini qəsdən pozaraq əsas insan və vətəndaş hüquqları kimi konstitusion azadlıq hüququm olan özümə yaşayış veri seçmək hüququma hüquqazidd müdaxilə edərək uzun müddət - 2 (iki) ilə yaxın müddət ərzində ardıcıl (davamlı) olaraq həmin azadlıq hüququmu özbaşınalıq nəticəsində qəsdən pozmaqla mənə davamlı olaraq psixioloii ağrılar və əzablar verərək; məni daim dərin əsəbi vəziyyətlər yaşamağıma və daim dərin əsəbilik, təlaş və təşviş hissləri keçirməyimə məruz qovaraq; mana sıxıntı, narahatlıq, nigarançılıq, iztirab, həyəcan, acizlik, məyusluq, inamsızlıq, ədalətsizlik hissləri və sarsıntılar yaşadaraq; əvvəlcədən düşünülmüş, ardıcıl və məqsədyönlü səkildə mənim mülkiyyətimdə olan və bazar dəyəri xüsusilə külli miqdar təşkil edən Bakı səhəri Yasamal rayonu İsmayılbəv Outqasmlı küçəsi 89 saylı coxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilimə qarşı yönəlmiş və mənzilimə qəsd edən (aramızda başlanmış və lazımınca icra edilməsi nəticəsində mövcudluğuna son qoyulmuş mənim həmin 55 saylı mənzilimin 27 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsini 17 (on yeddi) ilə yaxın müddətdən sonra bütövlükdə (tam olaraq) etibarsız vəziyyətə salınaraq mənim mülkiyyətimdə və istifadəmdə olan 55 saylı mənzilimin qanunsuz olaraq Cavabdeh Mənzil-Tikinti Kooperativinin balansına geri qaytarılmasına nail olmasa cəhdlər edərək mülkiyyətimə qəsd edən) qanunsuz hərəkətlərini (qeyri-hüquqi hərəkətlərini) davamlı səkildə həyata keçirməklə məni daim dərin streslərə, əzab və əziyyətlərə, daim dərin əsəbi vəziyyətlər yaşamağıma və daim dərin əsəbilik, təlaş və təşviş hissləri keçirməyimə məruz qoyaraq; məni uzun müddət davam edən qeyri-müəyyənlik vəziyyətində saxlayaraq; mənim normal həyatımı pozaraq; həmin mənzil üzərində mənim mülkiyyət və mənzil hüquqlarımın aşkar səkildə qəsdən pozulması və qəsdən məhdudlaşdırılması ilə əlaqədar törətdiyi hüquqazidd (qanunsuz) əməlləri qarşısında məni real imkansızlıqdan əziyyət çəkən vəziyyətə salaraq; mülki qanunvericiliyin müqavilə azadlığı və vicdanlılıq prinsiplərini və tələblərini və aramızda bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqaviləyə əsaslanan öhdəliklərini qəsdən və qərəzli olaraq pozaraq aramızda bağlanmış 27 dekabr 2007-ci il tarixli Alqı-Satqı Müqaviləsinin icra edilməsinə - mülkiyyətimdə və istifadəmdə olan Bakı səhəri Yasamal rayonu İsmayılbəv Qutqasınlı küçəsi 89 saylı coxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilimin üzərində xüsusi mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına və mənə mülkiyyətimdə və istifadəmdə olan həmin 55 saylı mənzilimlə əlaqədar çıxarışın və texniki pasportun verilməsinə müxtəlif bəhanələrlə qanunsuz maneələr və qanunsuz məhdudiyyətlər yaratmaqla ona davamlı olaraq psixioloii ağrılar və əzablar yaşadaraq; həmin mənzil üzərində onun mülkiyyət və mənzil hüquqlarını qəsdən pozmaqla və qəsdən məhdudlaşdırmaqla və həmin mülkiyyətinə qanunsuz müdaxilələr etməklə qəsdən ona psixioloii diskomfort vəziyyəti yaradaraq istehlakçı - alıcı (“Payçı”mənzil-tikinti kooperativinin üzvü) kimi mənə agır mənəvi zərər vurması nəticəsində, mülki hüquq pozuntusu (delikt) əsası ilə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 nömrəli 20 dekabr 2025-ci il tarixli Qərarının 2-ci, 2.5.1-ci, 2.5.2-ci və 2.5.4-cü və 4-cü, 4.16-4.23-cü, 4.25-ci-4.27-ci, 4.31-ci, 4.34-cü və 4.35-ci (mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn məsuliyyətin şərtləri) bəndlərində göstərildiyi kimi istehlakçı - alıcı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi onun mülkiyyət hüquqlarına (Azərbaycan Respublikasının Konstitusiyasının İİİ fəslinin 29-cu, 33-cü və 43-cü maddələrində nəzərdə tutulmaqla təminat verilən və qorunan əsas insan və vətəndaş hüquqları kimi konstitusion mülkiyyət hüququma, konstitusion mənzil toxunulmazlığı hüququma və konstutıısion mənzil hüququma) və azadlıq hüququma (Azərbaycan Respublikasının Konstitusiyasının İİİ fəslinin 28-ci maddəsində nəzərdə tutulmaqla təminat verilən və qorunan əsas insan və vətəndaş hüquqları kimi konstitusion azadlıq hüququm olan özümə yaşayış veri seçmək hüququma) hüquqazidd müdaxilə ilə nəticələnməklə istehlakçı - alıcı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi mənə agır mənəvi zərər vurması nəticəsində, habelə qanuni qüvvəyə minmiş məhkəmə aktları - Bakı Səhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2833/2025 nömrəli 12 iyun 2025-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellvasiva Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5066/2025 nömrəli 06 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh Mənzil- Tikinti Kooperativinin təqsirli (qəsdlə) və hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməlləri (hərəkətləri və hərəkətsizliyi) ilə istehlakçı (mülkiyyətçi) kimi onun əmlak hüquqlarının (mülkiyyət hüquqlarının) ardıcıl (davamlı) olaraq uzun müddət pozulması, mülkiyyətinə qanunsuz müdaxilələr edilməsi və Cavabdeh Mənzil-Tikinti Kooperativinin əməllərinin (hərəkətlərinin) qanunsuz olması faktlarının özünün müəyyən edilməsinin və təsdiq edilməsinin kifayət etməsi ilə əlaqədar mülki hüquq pozuntusu (delikt) əsası ilə istehlakçı - alıcı (“Payçı”- mənzil-tikinti kooperativinin üzvü) kimi ona vurulmuş mənəvi zərərin əvəzi kimi (mənəvi zərərin pul kompensasiyası kimi) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında göstərildiyi kimi pozuntunun adekvat (uyğun) və effektiv (səmərəli) səkildə aradan qaldırılması prinsipinə uyğun olaraq həll edilməsi məqsədilə Cavabdeh Mənzil- Tikinti Kooperativindən iddiaçı kimi (istehlakçı - alıcı kimi) onun xeyrinə 450000 (dörd yüz əlli min) manat pul məbləğinin (mənəvi təzminatın) tutulması; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci, 9.4-cü və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddələrinə əsasən iddiaçı kimi (istehlakçı kimi) onun dövlət rüsumunu ödəməkdən azad olunmağı ilə əlaqədar, dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq dövlət gəlirlərinə alınması (dövlət büdcəsinə köçürülməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir; Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. İddiaçı iddia ərizəsində Cavabdeh Mənzil-Tikinti Kooperativindən 450000 (dörd yüz əlli min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu tutulur. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 saylı xx.xx.2025-ci il tarixli Qərarına əsasən 9.3.1. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbləri üzrə dövlət rüsumunun məbləği tələbdən asılı olaraq fərqləndirilməlidir. 9.3.2. Belə ki, bu qərarın 4.5-ci bəndində göstərilən şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri qiymətləndirilməyən iddialara aid olduğundan, dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.3. Bundan fərqli olaraq, bu qərarın 4.6-cı bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.4. Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. 43 9.3.5. İddiaçı mənəvi təzminatın ödənilməsi ilə bağlı bir neçə müstəqil tələb irəli sürdükdə, dövlət rüsumu Mülki Prosessual Məcəllənin 112.1.10-cu maddəsinə uyğun olaraq bütün tələblərin ümumi məbləği əsasında müəyyən edilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbi üzrə dövlət rüsumu ödənilməmişdir. İddiaçı dövlət rüsumundan azad etmə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci, 9.4-cü və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddələrinə istinad edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi – istehlakçı hüququnun müdafiəsinə aid deyildir. İddiaçı məhkəmə qərarının vaxtında icra edilməməsinə görə uzun müddət əsəb, stress və iztirab keçirdiyinə görə cavabdehdən onun xeyrinə 450000 (dörd yüz əlli min) manat pul məbləğinin (mənəvi təzminatın) tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sübut əlavə edilmədiyi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “mülki hüquq pozuntusu (delikt) əsası ilə istehlakçı-alıcı kimi mənəvi zərərin əvəzinin ödənilməsi - mənəvi zərərin pul kompensasiyası” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar