Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-478/2026 18.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X5 ölüm faktı ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, İcbari Sığorta Bürosu tərəfindən ona 5 (beş) min manat kompensasiya və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü həyat yoldaşı X12 daimi iş yeri olmadığından, günəmuzd fərdi qaydada fəhləliklə məşğul olub ailəsini saxlayırdı. xx.xx.2025-ci lil tarixdə Şəki şəhər sakini 1971-ci il təvəllüdlü Hacıyev-İlqar Vahid oğlu özünəməxsus “ZİL MMZ-450121” yük markalı **-BH-*** dövlət qeydiyyat nişanı olan avtomobilə zibil tullantılarını yükləməyi sifariş etmiş və 15 (on beş) manat müqabilində razılıq verərək, bu işi yerinə yetirmişdir, yəni avtomobili zibil tullantıları ilə yükləmişdir. Bununla bağlı sürücü İlqar Hacıyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Əmək Müfəttişliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi ilə məsuıliyyətə cəlb olunaraq 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Daha sonra sürücü İlqar Hacıyev avtomobilə yüklənmiş zibil tullantılarını Şəki şəhəri, Bağbanlar küçəsi, "xxxx" MTK-ya məxsus çox mərtəbəli, yarımçıq tikilinin arxa hissəsində yerləşən dərəyə boşaltmaq üçün idarə etdiyi avtomobili arxaya hərəkət etdirərkən, avtomobil dərəyə aşmış, nəticədə avtomobilin salonunda oturmuş olan, zibil tullantılarını yükləmiş həyat yoldaşı X12 aldığı müxtəlif bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Hadisədən sonra onun meyidi Fövqəladə Hallar Nazirliyinin Xilasetmə briqadası əməkdaşları tərəfindən aşmış avtomobilin altından çıxarılmışdır. Bu faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılmış və toplanış material üzrə cinayət işinin bağlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə baş verən zaman X10 avtomobili hərəkətdə olduğundan və eləcə də avtomobil yüksək təhlükə mənbəyi olduğundan həyat yoldaşının ölüm faktı ilə əlaqədar o, sığorta kompensasiya pulunu almaq üçün lazımi sənədləri toplayıb İcbari Sığorta Bürosuna təqdim etmiş və İcbari Sığorta Bürosu isə əsassız olaraq kompensasiya ödənişindən imtina etmişdir. İmtinanın səbəbi isə ölüm faktının yolnəqliyyat hadisəsi hesab edilə bilən halın baş verməsi faktı təsdiq olunmadığı kimi səciyyələndirdi. Hesab edir ki, İcbari Sığorta Bürosunun bu faktla bağlı kompensasiya ödənişindən imtina etməsi barədə qərarı əsassız və ədalətsizdir. Necə ola bilər ki, avtomobil istismar olunub hərəkətdə olarkən, içərisində adam olub dərəyə aşsın, nəticədə adam ölsün və bu hal sığorta hadisəsi kimi hesab edilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.1 maddəsinə əsasən “Cinayət hadisəsi- cinayətin əlamətlərini özündə əks etdirən hadisədir” Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərindən görünür və aydın olur ki, “Sığorta hadisəsi” və “Cinayət hadisəsi” bir-birindən fərqli anlayışlar olmasına baxmayaraq, İcbari Sığorta Bürosu onları eyni anlayış kimi qəbul edərək, əsassız olaraq sığorta kompensasiya ödənişindən imtina etmişdir. Nəticədə isə fəhləlik edib ailə saxlayan bir adamın ölümü, onun ailəsinin başsız qalmasına və maddi sıxıntılar içində boğulmasına səbəb olmuşdur. Cavabdeh “İcbari Sığorta Bürosu” X14 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, hazırkı mülki iş üzrə olan iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X6, İddiaçı, X8 və X11 26 avqust 2025-ci il tarixli ərizələri ilə Büroya müraciət edərək “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 32-ci və 33-cü maddələrinin tələblərinə uyğun olaraq kompensasiya ödənişinin verilməsini xahiş etmişdirlər. Büronun 16 sentyabr 2025-ci il tarixli, 212/2025 nömrəli Qərarı ilə ərizəçilər X6 (atası), İddiaçı (arvadı), X8 (qızı), X1 ödənişinin verilməsi ilə bağlı təqdim etdikləri müraciət ərizələrinə uyğun olaraq yol-nəqliyyat hadisəsi hesab edilə bilən halın baş verməsi faktı təsdiq olunmadığından kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. Qanunun 17.1.4-cü maddəsinə əsasən, sığorta hadisəsi kimi qiymətləndirilə bilən halın baş vermə vaxtı, yeri, hadisədə iştirak edən şəxslər (təqsirli və/və ya zərərçəkən), zərər dəymiş əmlak və zərərin xüsusiyyətləri barədə məlumatlar səlahiyyətli dövlət orqanının təqdim etdiyi arayışla (o cümlədən elektron formada) təsdiq olunmalıdır. Qanunun 32.1.3-cü maddəsinə əsasən, mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan İcbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişi verilir. Qanunun 33.1-ci maddəsinə əsasən, kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin hamin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. Qanunun 33.3cü maddəsinə əsasən, bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin. Qanunun 58-ci maddəsinə uyğun olaraq, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayışın təqdim edilməsi tələb olunur. İş materiallarına əlavə edilmiş Şəki Rayon Prokurorluğunun 14 iyul 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə X10 idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı, Zil MMZ-450121 yük markalı avtomobil ilə həmin avtomobilə yüklənmiş zibil tullantılarını Şəki şəhəri, Bağbanlar küçəsi, "xxxx" MTKya məxsus çox mərtəbəli, yarımçıq tikilinin arxa hissəsində yerləşən dərəyə boşaldarkən ehtiyatsızlıqdan həmin avtomobildə olan zibil tullantılarını yükləmiş fəhlələrdən X5 aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölməsi torpaq səthinin sürüşməsi və süxurların yumşalması hallarının baş verməsi, həmçinin həmin ərazidə təxminən 8 metrlik radiusda torpaq səthində sürüşmə (aşınma) hallarının olması ilə əlaqədar olmuşdur. Prokurorluğun qərarından göründüyü kimi hadisə avtomaşının istismarı nəticəsində baş verməmiş, sürücü tərəfindən yol-nəqliyyat hadisəsi törədilməmişdir. Beləliklə, iş materiallarından və Şəki Rayon Prokurorluğunun 14 iyul 2025-ci il tarixli qərarından da açıq şəkildə göründüyü kimi, baş vermiş hadisə yol-nəqliyyat hadisəsi hesab edilmir. Hadisə nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolunda hərəkəti zamanı deyil, yarımçıq tikilinin arxa hissəsində yerləşən ərazidə torpaq sürüşməsi və süxurların yumşalması ilə əlaqədar baş vermişdir. Məhz bu səbəbdən sürücü tərəfindən yol-nəqliyyat hadisəsi törədilməsi faktı müəyyən edilməmiş, hadisə cinayət hadisəsi kimi qiymətləndirilməmişdir. Yol-nəqliyyat hadisəsi və sığorta hadisəsi kimi qiymətləndirilə bilən hal mövcud olmadığından, “İcbari sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq kompensasiya ödənişinin verilməsi üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən toplanmış 77c-25 №-li material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərara əsasən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə X10 idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı, Zil MMZ-450121 yük markalı avtomobil ilə həmin avtomobilə yüklənmiş zibil tullantılarını Şəki şəhəri, Bağbanlar küçəsi, "xxxx" MTK-ya məxsus çox mərtəbəli, yarımçıq tikilinin arxa hissəsində yerləşən dərəyə boşaltmaq üçün idarə etdiyi həmin avtomobili arxaya doğru hərəkət etdirərkən ehtiyatsızlıqdan dərəyə aşması, nəticədə həmin avtomobildə olan zibil tullantılarını yükləmiş fəhlələrdən xx.xx.1968-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X12 aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölməsi, digər fəhlə, xx.xx.1967-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 2 ünvanda yaşamış X13 müxtəlif dərəcəli bədən xəsarətləri alması torpaq səthinin sürüşməsi və süxurların yumşalması hallarının baş verməsi, həmçinin həmin ərazidə təxminən 8 metrlik radiusda torpaq səthində sürüşmə (aşınma) hallarının olması ilə əlaqədar olmuşdur. Odur ki, toplanmış material üzrə X5 içərisində olduğu yük avtomobilinin Şəki şəhəri, Bağbanlar küçəsi, “Ziyəddinoğlu" MTK-ya məxsus çox mərtəbəli, yarımçıq tikilinin arxa hissəsində yerləşən dərəyə aşması nəticəsində ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməlidir. İş materiallarında olan “İcbari Sığorta Bürosu” X7 xx.xx.2025-ci il tarixli, **-UM-*** nömrəli “kompensasiya ödənişinin verilməsindən imtina olunması barədə” müraciətə cavab məktubuna əsasən kompensasiya ödənişinin verilməsi barədə tələbə Büroda baxılmış və Şəki Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 77c-25 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına və qərarın qüvvədə saxlanılması barədə xx.xx.2025-ci il tarixli, 472ş-01-25 nömrəli məktubuna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Şəki rayon şöbəsinin 28 nömrəli ekspert rəyinə, Şəki rayon qeydiyyat şöbəsinin AZ- İİ № 504859 ölüm haqqında şəhadətnaməsinə və iş materiallarına əlavə olunmuş digər sənədlərə əsaslanaraq, yol-nəqliyyat hadisəsi hesab edilə bilən halın baş verməsi faktı təsdiq olunmadığından, Büronun xx.xx.2025-ci il tarixli, 212/2025 saylı Qərarı ilə kompensasiya ödənişinin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş AZ-ll 504859 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.2025-ci il tarixində Şəki şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 291 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dıləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 17.1.4-cü maddəsinə əsasən icbari sığorta ödənişi bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada) həyata keçirilir. 17.1.7-ci maddəsinə əsasən icbari sığorta ödənişi müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri əsasında həyata keçirilir. 27.1-ci maddəsinə əsasən İcbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X14 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. 32.1.3-cü maddəsinə əsasən mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan İcbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişi verilir. 33.1-ci maddəsinə əsasən kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin hamin ödənişin verilməşinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. 33.3-cü maddəsinə əsasən bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin. 58.3-1 maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də bu Qanunda müəyyən edilmiş qaydada ödənilir. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə X10 idarə etdiyi **-BH-*** dövlət qeydiyyat nişanlı, Zil MMZ-450121 yük markalı avtomobil ilə həmin avtomobilə yüklənmiş zibil tullantılarını dərəyə boşaltmaq üçün idarə etdiyi həmin avtomobili arxaya doğru hərəkət etdirərkən ehtiyatsızlıqdan dərəyə aşmış, nəticədə həmin avtomobildə olan iddiaçının həyat yoldaşı X12 aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Şəki Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, iddiaçının həyat yoldaşı X5 ölüm səbəbinin torpaq səthinin sürüşməsi və süxurların yumşalması hallarının baş verməsi, həmçinin həmin ərazidə təxminən 8 metrlik radiusda torpaq səthində sürüşmə (aşınma) hallarının olması ilə əlaqədar olması müəyyən olunmuş və toplanmış material üzrə X5 içərisində olduğu yük avtomobilinin dərəyə aşması nəticəsində ölməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Hadisə ilə bağlı kompensasiya ödənişinin verilməsi ilə bağlı İcbari Sığorta Bürosuna müraciət edilmiş, İcbari Sığorta Bürosu tərəfindən yol-nəqliyyat hadisəsi hesab edilə bilən halın baş verməsi təsdiq olunmadığından kompensasiya ödənişinin verilməsindən imtina edilmişdir. Hazırda İddiaçı həyat yoldaşı X5 ölüm faktına əsaslanaraq, cavabdeh “İcbari Sığorta Bürosu” X4 5.000 manat kompensasiya və 70 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 5.070 manat məbləğində pulun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda Büro tərəfindən kompensasiya ödənişi verilməlidir. Lakin kompensasiya ödənişi o zaman verilir ki, üçüncü şəxsin sağlamlığına zərər dəyməsinə səbəb olmuş hadisə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin mövcud olmasının şərti olaraq hesab edildiyi halda sığorta hadisəsi kimi qiymətləndirilə bilsin. İş materiallarında olan qanuni qüvvəyə minmiş Şəki Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən iddiaçının həyat yoldaşı X5 ölüm səbəbinin torpaq səthinin sürüşməsi və süxurların yumşalması hallarının baş verməsi, həmçinin həmin ərazidə təxminən 8 metrlik radiusda torpaq səthində sürüşmə (aşınma) hallarının olması ilə əlaqədar olması müəyyən olunmuşdur. Göründüyü kimi, sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi baş verməmiş, X12 avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində ölməmişdir. Bu halda Büro tərəfindən kompensasiya ödənişi verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X2rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(5-104)-478/2026
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-478/2026
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver