Məhkəmə qərarları › İş №e-2(005)-5219/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5219/2025

13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5219/2025 13.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (“İcbari Sığorta Bürosu” X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (açar sözlər: artıq hesablanmış sığorta haqqının qaytarılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (“İcbari Sığorta Bürosu” X5 üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış sığorta haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (İcbari Sığorta Bürosu üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış sığorta haqqının qaytarılması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən mülkiyyətin də olan “Mersedes Benz ML 350” markalı, dövlət qeydiyyat nişanı ** BK *** və “Lexus” markalı, dövlət qeydiyyat nişanı ** MK *** olan nəqliyyat vasitələrinə görə əsassız hesablanmış sığorta haqqının, yəni 674,78 (altı yüz dörd manat yetmiş səkkiz qəpik) manatın, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi olaraq 704,78 (yeddi yüz dörd manat yetmiş səkkiz qəpik) manatın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-5219/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq hesablanmış sığorta haqqının qaytarılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, 99 ВK 101 dövlət qeydiyyat nişanlı və "Lexus" markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "İcbari Sığorta Bürosu” X5 (HŞİ) tərəfindən hesablanmış bonus-malus əmsalarının qanunsuz hesab edilərək silinməsi, sığorta haqqının yenidən hesablanması, ödənilmiş 100 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişəm. Bakı şəhəri Yasamal rayon Məhkəməsi iddiamı təmin etməsə də Bakı Apelyasiya Məhkəməsi iddiamı qismən təmin edərək hesablanmış bonus-malus əmsalı əsassız hesab etmişdir. Belə ki, həmin qərar əsasında əsassız hesablanmış 674,78 (altı yüz dörd manat yetmiş səkkiz qəpik) manat İcbari Sığorta Bürosunun İnformasiya sistemindən silinmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam icra olunması üçün artıq və əsassız hesablanmış məbləğ mənə qaytarılmalı idi. Bununla əlaqədar cavabdehlərdən İcbari Sığorta Bürosu digər cavabdeh "xxxx" ASC-yə məktubla nüraciət etmişdir. Həmin müraciətə xx.xx.2025-ci il tarixli, HD/HTS-1212 saylı məktubla bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus-malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması "İcbari Sığorta Bürosu" X2 üzərinə öhdəlik kimi qoyulmuş, lakin "xxxx" ASC tərəfindən PME********** saylı (xx.xx.2023 xx.xx.2024-cü il tarixli) və PME********** saylı (xx.xx.2024xx.xx.2025-ci il tarixli) sığorta müqavilələri üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsində sığorta haqqının geri ödənilməsi ilə bağlı hər hansı göstəriş və ya öhdəlik nəzərdə tutulmamışdır. Bununla da "xxxx" ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsi ilə hər hansı hüquqi öhdəlik daşımadığı qeyd edilmişdir. Cavabdehlərdən İcbari Sığorta Bürosu mənə ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, əsassız hesablanmış bonus-malus əmsalı Büronun İnformasiya sistemindən silinmişdir. Həmin məktubda o da qeyd edilmişdir ki, əsassız hesablanmış məbləğin geri qaytarılması üçün sığorta müqaviləsi bağlayan "xxxx" ASC-dən tələb edilməlidi.” II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan “Mersedes Benz ML350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və “Lexus” markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə “İcbari Sığorta Bürosu” X5 (HŞİ) tərəfindən hesablanmış bonus-malus əmsa larının qanunsuz hesab edilərək silinməsi, sığorta haqqının yenidən hesablanması, ödənilmiş 100 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3950/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra İddiaçı Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq “bonus-malus əmsalarının silinməsi və sığorta haqqının yenidən hesablanması” barədə iddianın təmin olunması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyası tərəfindən şikayət qismən təmin edilmiş və “İcbari Sığorta Bürosu” X5 tərəfindən İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə digər ödəniş həyata keçirilmiş sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus-malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamənin icrası məqsədi ilə İcbari Sığorta Bürosu tərəfindən İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil barədə İcbari Sığorta Bürosunun İnformasiya Sistemində müvafiq düzəlişlər edilmiş və bonus malus əmsalı yenidən hesablanmışdır. Belə ki, İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cəmiyyətimiz tərəfindən xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək sığortalanmış və İcbari Sığorta Bürosunun İnformasiya Sistemi tərəfindən bonus-malus əmsalı 0.65 müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1368/2024 nömrəli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus-malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması “İcbari Sığorta Bürosu” X2 üzərinə öhdəlik kimi qoyulmuş, lakin "xxxx" ASC tərəfindən PME********** saylı (xx.xx.2023-xx.xx.2024-cü il tarixli) və PME********** saylı (xx.xx.2024-xx.xx.2025-ci il tarixli) sığorta müqavilələri üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsində sığorta haqqının geri ödənilməsi ilə bağlı hər hansı göstəriş və ya öhdəlik nəzərdə tutulmamışdır. Daha sonra Cəmiyyət Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsi ilə hər hansı hüquqi öhdəlik daşımır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verdi və "xxxx" ASC-yə qarşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1368/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə hesablanmış bonus– malus əmsallarının qanunsuz hesab edilərək silinməsi və sığorta haqqının yenidən hesablanması hissəsində qismən təmin edilərək “İcbari Sığorta Bürosu” X5 tərəfindən İddiaçı mülkiyyətində olan “Mersedes Benz ML 350” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə digər ödəniş həyata keçirilmiş sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus– malus əmsalı silinməsi və sığorta haqqının yenidən hesablanması qət edilmişdir. - İcbari Sığorta Bürosu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış artıq ödənilmiş sığorta haqqının qaytarılması barədə məktubla müəyyən olunur ki, 2023-2024 ili üçün ödənilmiş sığorta haqqı 450 manat, 2024-2025 ili üçün sığorta haqqı 450 manat hesablanmışdır. Məhkəmə qətnaməsi icra edilərək yeni hesablamaya əsasən ödənilməli olan sığorta haqqı 2023-2024 ili üçün 112,61 manat, 2024-2025 ili üçün 112,61 manat müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq artıq ödənilmiş sığorta haqqının İddiaçı qısa zaman ərzində qaytarılması üçün zəruri tədbirlər görülməsi və geri ödənişin həyata keçirilməsi barədə məlumat və təsdiqedici sənədlərin Büroya təqdim edilməsi xahiş edilmişdir. -"xxxx" ASC tərəfindən İcbari Sığorta Bürosuna ünvanlanmış 22 iyul 2025-ci il tarixli məktubdan görünür ki, sonuncunun müraciətinə baxılaraq bildirilmişdir ki, İddiaçı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı və "Lexus" markalı, ** MK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə "İcbari Sığorta Bürosu" X5 (HŞİ) tərəfindən hesablanmış bonus-malus əmsallarının qanunsuz hesab edilərək silinməsi, sığorta haqqının yenidən hesablanması, ödənilmiş 100 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-3950/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Daha sonra İddiaçı Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq "bonus-malus əmsallarının silinməsi və sığorta haqqının yenidən hesablanması" barədə iddianın təmin olunması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən şikayət qismən təmin edilmiş və "İcbari Sığorta Bürosu" X5 tərəfindən İddiaçı mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə digər ödəniş həyata keçirilmiş sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus-malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamənin icrası məqsədi ilə İcbari Sığorta Bürosu tərəfindən İddiaçı mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil barədə İcbari Sığorta Bürosunun İnformasiya Sistemində müvafiq düzəlişlər edilmiş və bonus-malus əmsalı yenidən hesablanmışdır. Belə ki, İddiaçı mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə Cəmiyyətimiz tərəfindən xx.xx.2025-ci il tarixindən xx.xx.2026cı il tarixinədək sığortalanmış və İcbari Sığorta Bürosunun İnformasiya Sistemi tərəfindən bonus-malus əmsalı 0.65 müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan "Mersedes Benz ML350" markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsinin baş verməsi ilə bağlı hesablanmış bonus-malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması "İcbari Sığorta Bürosu" X2 üzərinə öhdəlik kimi qoyulmuş, lakin "xxxx" ASC tərəfindən PME********** saylı (xx.xx.2023xx.xx.2024-cü il tarixli) və PME********** saylı (xx.xx.2024-xx.xx.2025-ci il tarixli) sığorta müqavilələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1368/2024 nömrəli qətnaməsində sığorta haqqının geri ödənilməsi ilə bağlı hər hansı göstəriş və ya öhdəlik nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 1368/2024 nömrəli qətnaməsi ilə hər hansı hüquqi öhdəlik daşımır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. Maddə 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.14. sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.3. Bu Qanunda başqa cür nəzərdə tutulmadığı halda, istifadə olunan anlayışların izahı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Maddə 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir. Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Maddə 5.3. Sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. Maddə 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Maddə 6.4. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Maddə 11.1. İcbari sığorta haqqı sığortaçıya yalnız nağdsız hеsablaşma yolu ilə birdəfəlik ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, PME********** saylı (xx.xx.2023 xx.xx.2024-cü il tarixli) və PME********** saylı (xx.xx.2024-xx.xx.2025-ci il tarixli) sığorta müqavilələri üzrə sığortalı - İddiaçı İcbari Sığorta Bürosu tərəfindən hər müqavilə üzrə 450 manat olmaqla, cəmi 900 manat sığorta haqqı hesablanmışdır. İddiaçı qeyd olunan sığorta haqqı məbləğlərinin düzgün hesablanmadığını bildirərək, bonusmalus əmsalarının silinməsi və sığorta haqqının yenidən hesablanması məqsədilə “İcbari Sığorta Bürosu” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1368/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hesablanmış bonus–malus əmsalının silinməsi və sığorta haqqının yenidən hesablanması qət edilmişdir. Bundan sonra sığorta haqqı “İcbari Sığorta Bürosu” X5 tərəfindən yenidən hesablanmış, yeni hesablamaya əsasən ödənilməli olan sığorta haqqı PME********** saylı sığorta müqaviləsi üzrə 2023-2024 ili üçün 112,61 manat, PME********** saylı sığorta müqaviləsi üzrə 2024-2025 ili üçün 112,61 manat olmaqla, cəmi 225,22 manat müəyyən olunmuşdur. Qeyd olunanları nəzərə alaraq "xxxx" ASC-dən artıq ödənilmiş sığorta haqqının (900- 225,22=674,78 manat) İddiaçı qısa zaman ərzində qaytarılması üçün zəruri tədbirlər görülməsi və geri ödənişin həyata keçirilməsi barədə məlumat və təsdiqedici sənədlərin Büroya təqdim edilməsi xahiş edilmişdir. Bununla belə, cavabdeh "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1368/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun üzərinə hər hansı bir öhdəlik qoyulmadığını bildirərək artıq ödənilmiş sığorta haqqının iddiaçıya geri qaytarılmasından imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırda tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, üçüncü şəxs “İcbari Sığorta Bürosu” X5 tərəfindən iddiaçıya "xxxx" ASC ilə bağlanmış sığorta müqavilələri üzrə sığorta haqqı yanlış hesablanmış, iddiaçıdan "xxxx" ASC ilə bağlanmış PME********** saylı və PME********** saylı müqavilələr üzrə hər biri üçün 112,61 manat, cəmi 225,22 manat tutulmalı olduğu halda, hər iki müqavilə üzrə 450 manat (cəmi 900 manat) sığorta haqqı tutulmuşdur. Belə olan halda iddiaçıdan tutulmuş artıq 674,78 manat məbləğində sığorta haqqı ona qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində icbari sığortada icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Yanlış hesablama üçüncü şəxs sığorta haqqını hesablamalı olan “İcbari Sığorta Bürosu” X5 tərəfindən aparılsa da, onunla iddiaçı arasında hər hansı hüquq münasibəti (müqavilə və s.) olmamış, sığorta haqqını qəbul edən iddiaçı ilə müqavilə bağlamış sığortaçı "xxxx" ASC olmuşdur və buna görə də hüquq münasibətləri məhz iddiaçı ilə "xxxx" ASC arasında yarandığından, artıq ödənilmiş 674,78 manat məbləğində sığorta haqqı sığortaçı "xxxx" ASC tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" ASC-dən artıq ödənilmiş sığorta haqqı kimi cəmi 674,78 (altı yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumu kimi 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən artıq ödənilmiş sığorta haqqı kimi cəmi 674,78 (altı yüz yetmiş dörd manat yetmiş səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumu kimi 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar