Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(5-105)-829/2026 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit borcu üzrə hesablanmış borcun əsaslılığının araşdırılması, borcun yenidən hesablanması və ya mümkün restrukturizasiya tədbirlərinin tətbiq edilməsi, dövlət rüsumundan azad edilmə və ya borcun ödənilməsinin təxirə salınması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit borcu üzrə hesablanmış borcun əsaslılığının araşdırılması, borcun yenidən hesablanması və ya mümkün restrukturizasiya tədbirlərinin tətbiq edilməsi, dövlət rüsumundan azad edilmə və ya borcun ödənilməsinin təxirə salınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırkı iş üzrə İddiaçı "xxxx" ASC-ni cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş ********** nömrəli VÖEN-ə dair məlumat vərəqəsindən görünür ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1zəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsində qeyd edilmişdir ki, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin “xahiş” hissəsini təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret hüquqi tələbini və yaxud əsasını müəyyənləşdirməyə imkan versin. İddia tələbindən göründüyü kimi İddiaçı kredit borcu üzrə hesablanmış borcun əsaslılığının araşdırılması, borcun yenidən hesablanması və ya mümkün restrukturizasiya tədbirlərinin tətbiq edilməsi, dövlət rüsumundan azad edilmə və ya borcun ödənilməsinin təxirə salınmasını xahiş etsə də irəli sürülmüş tələb mahiyyət etibarilə təklif formasında verilmiş, bununla da iddiaçı iddia ərizəsinin xahiş hissəsini düzgün tərtib etməməklə MPM-in 149.2.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 150.1.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Lakin iddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunu ödədiyini təsdiq edən qəbzi iş materiallarına əlavə etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa, həmçinin ərazi aidiyyət qaydalarına riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 152.1.1-ci, 152.1.3-cü və 152.1.5-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit borcu üzrə hesablanmış borcun əsaslılığının araşdırılması, borcun yenidən hesablanması və ya mümkün restrukturizasiya tədbirlərinin tətbiq edilməsi, dövlət rüsumundan azad edilmə və ya borcun ödənilməsinin təxirə salınması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «kredit borcu üzrə hesablanmış borcun əsaslılığının araşdırılması, borcun yenidən hesablanması və ya mümkün restrukturizasiya tədbirlərinin tətbiq edilməsi, dövlət rüsumundan azad edilmə və ya borcun ödənilməsinin təxirə salınması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(5-105)-829/2026
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(5-105)-829/2026
19.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver