Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(5-106)-94/2026 27.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Alməmmədov Nəriman Əli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi əmlakdan payın müəyyən edilməsi və payların naturada ayrılması tələbinə dair iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi əmlakdan payın müəyyən edilməsi və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 eyni tələblə bağlı daha əvvəl də Ağcabədi Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin vaxt İddiaçı1 tərəfindən 02 iyul 2024-cü il tarixli, ********** saylı qəbzə əsasən 100 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilən iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmədikləri üçün Ağcabədi Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)-57/2025 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmış və İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi əmlakdan payın müəyyən edilməsi və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən həmin 02 iyul 2024cü il tarixli, ********** saylı qəbzi yenidən əlavə etmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi Ağcabədi Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(017)-57/2025 saylı qərardadına əsasən həmin rüsum iddiaçının özünə qaytarılmışdır. Göstərilənlədən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi əmlakdan payın müəyyən edilməsi və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda iddia ərizəsinin qaytarılması barədə olan nöqsanların aradan qaldırıldıqdan sonra aidiyyatı tələblərlə ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmaması iddiaçılara izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi əmlakdan payın müəyyən edilməsi və payların naturada ayrılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması barədə olan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyatı tələblərlə ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nəriman Alməmmədov
Məhkəmə qərarları › İş №2(5-106)-94/2026
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-106)-94/2026
27.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver