Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(5-113)-34/2026 16.01.2026 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Mən, Beyləqan Rayon Məhkəməsinin hakimi Kamilzadə Xatın Mahir qızı İddiaçı X1 cavabdeh Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Cavabdeh qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə” dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı X2 cavabdeh Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Cavabdeh qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Cavabdeh tərəfindən icar sənədi üzrə Beyləqan Rayon Mərkəzi Xəsətəxanasının laboratoriya vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi ilə bağlı icraata başlanılması və edilmiş hərəkətsizliyin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, icra məmurlarının hərəktlərindən narazı qalan tərəf məhkəməyə cavabdeh Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Cavabdeh qarşı iddia ərizəsi ilə deyil, müvafiq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun hərəkətlərindən müvafiq qaydada məhkəməyə şikayət verə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1-ci maddəsinə tələblərinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, o, Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət kimi müvafiq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X1 cavabdeh Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu Cavabdeh qarşı “müəyyən hərəkətləri etməkdən çəkinməyə” dair dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, müvafiq icra sənədinin icrası ilə əlaqədar Beyləqan Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət kimi müvafiq məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Kamilzadə
Məhkəmə qərarları › İş №2(5-113)-34/2026
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(5-113)-34/2026
16.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver