Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-16/2026 06.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində təyin edilmiş alimetin miqdarının əmək haqqına uyğun tənzimlənməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayon məhkəməsinin 2(022)-1300/2015 saylı xx.xx.2016-cı il tarxili qətnaməsinə əsasən təyin edilən sabit pul məbləğində alimentin miqdarının azaldılaraq aylıq qazancına uyğun təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Biləsuvar rayon məhkəməsinin 2(022)- 1300/2015 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı 05 may 2011-ci il təvəllüdlü X2 və 22 iyul 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 85 (səksən beş) manat tutularaq Cavabdeh qızma verilməlidir. Qeyd edir ki, alimentin miqdarı təyin edilən zaman sabit pul məbləğində təyin edilmişdir. O, vurğulanan dövrdə rəsmi olaraq heç yerdə işləmədiyimdən fərdi əməklə məşğul olaraq təyin edilən alimenti ödəmişdir. Hazırda Biləsuvar rayonu Xırmandalı kənd bələdiyyəsinin sədri vəzifəsində çalışır və əmək haqqı 600 manatdır. Əlavə olaraq qeyd edir ki, onun adına hər hansı mülkiyyət yoxdur. O, özü Biləsuvar rayon X1 hüquqi şəxsin poliklinika şöbəsində “E 11.0-Şəkərli diabet İİ tip, orta ağır forma. Diabetik polineyropatiya. Diabetik nefropatiya” diaqnozu ilə qeydiyyatdadır, mütəmadi olaraq müalicə alır. Həmçinin hər hansı gəliri və qazancı yoxdur. Bundan başqa ata və anası onun himayəsində yaşayır. Odur ki, Biləsuvar rayon məhkəməsinin 2(022)-1300/2015 saylı xx.xx.2016-cı il tarxili qətnaməsinə əsasən təyin edilən sabit pul məbləğində alimentin miqdarının azaldılaraq aylıq qazancına uyğun təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Belə ki, hazırkı tələblə bağlı iş materiallarına mediasiya prosesinin keçirilməsi ilə bağlı heç bir sənəd əlavə edilməmişdir. Belə olduğu halda iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; İddiaçı cavabdehdən aliment tələbi ilə bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün həmin tələbə riayət etməklə mediasiya təşkilatına müraciət etməli və mediasiyanın arayışını iddia ərizəsinə əlavə etməli idi. Lakin iddiaçının mediasiya təşkilatına müraciət etməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkmə icraatı mümkündür. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində təyin edilmiş alimetin miqdarının əmək haqqına uyğun tənzimlənməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(5-115)-16/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-16/2026
06.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver