Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-196/2026 11.02.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aytəkin Güləli qızı, Ərizəçi İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icrasına etiraz və icra hərəkətlərinin dayandırılması” tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icrasına etiraz və icra hərəkətlərinin dayandırılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, ərizə qanunvericiliyin müəyyən etdiyi forma və məzmun tələblərinə cavab vermədiyindən onun icraata qəbul edilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İşə baxan məhkəmənin mövqeyi: Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddia ərizəsinin məzmununda uyğunsuzluq mövcuddur. Belə ki, həm iddia ərizəsinin “iddiaçı” hissəsində iddiaçı barədə məlumatlar qeyd olunmamış, həm də ərizənin məzmununda tərəflər prosessual olaraq, “iddiaçı və cavabdeh” kimi deyil, “ərizəçi və cavabdeh” kimi göstərilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, iddia icraatı qaydasında verilən ərizələrdə tərəflər iddiaçı və cavabdeh qismində, xüsusi icraat qaydasında verilən ərizələrdə isə tərəflər ərizəçi və maraqlı şəxs qismində çıxış edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə əsasən, iddia ərizəsində tərəflərin eyniləşdirilməsinə imkan verən məlumatlar dəqiq və tam şəkildə göstərilməlidir. Həmin tələblərə riayət edilməməsi ərizənin prosessual baxımdan natamam hesab edilməsinə səbəb olur. Məhkəmə qeyd edir ki, iddia ərizəsini digər ərizələrdən fərqləndirən cəhətlərdən biri onun forma və məzmununun qanunla müəyyən edilməsidir. Yuxarıda istinad olunan prosessual normaların tələblərindən aydın müəyyən olunur ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildiyi halda onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin forma və məzmununa əməl edilməsi, iddia ərizəsində iddiaçının tələblərinin aydın göstərilməsi, iddianın predmeti və qiyməti, tələb yönəldilən tərəflərin dəqiq müəyyən edilməsi, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların qeyd edilməsi ilk növbədə mülki işlərə prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi daşıyır. Ona görə də, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun tərtib olunmayan iddia ərizəsinin geri qaytarılması iddiaçının məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Çünki iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra iddiaçının ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunvericilikdə müəyyən edilmiş forma və məzmununa dair tələblərə riayət edilmədiyindən iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “notariat icrasına etiraz və icra hərəkətlərinin dayandırılması” tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. HAKİM: Aytəkin Əliyeva
Məhkəmə qərarları › İş №2(5-115)-196/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-196/2026
11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver