Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(5-115)-84/2026 21.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Feyyaz oğlundan 1894 (min səkkiz yüz doxsan dörd) manat əsas borcun,100 (yüz) manat dəbbə pulunun,100 (yüz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçməklə VÖEN ********** seriyası ilə sahibkarlıq fəaliyyəti (məişət avadanlıqlarının satışı) ilə məşğul olur. O, 27 fevral 2025-ci il tarixdə Cavabdeh Feyyaz oğlu ilə nisyə alqı-satqı müqaviləsi bağlamış, müqaviləyə əsasən cavabdehə “Supermax” markalı televizor və “Supermax” markalı dörd göz qaz plitəsi vermişdir. Malların təhvili təslim-təslim aktı ilə təsdiqlənmişdir.Ümumi satış məbləği 2066 (iki min altmış altı) manat olan “Supermax” markalı televizor və “Supermax” markalı dörd göz qaz plitəsi ilkin ödəniş olmadan, 12 ay müddətinə, hər ay üçün 172 (yüz yetmiş iki) manat ödəniş şərti ilə aralarında nisyə alqı-satqı müqaviləsi bağlanmaqla verilmişdir.Cavabdeh müqavilə üzrə bir ay 172 (yüz yetmiş iki) manat ödəmiş, sonradan isə ödənişləri dayandırmışdır.Hazırda Cavabdeh Feyyaz oğlunun ümumi borcu 1894 (min səkkiz yüz doxsan dörd) manat təşkil edir.Dəfələrlə ona, tərəfindən ödənişlərini ödəməsi ilə bağlı mobil telefon vasitəsilə zənglər edilmiş, ödənişləri ödəməsi barədə xəbərdarlıq edilmiş, yaşadığı ünvana pretenziya göndərilmişdir, lakin ödənişlə bağlı zənglərin və xəbərdarlıqların heç bir əhəmiyyəti olmamışdır.Cavabdeh Feyyaz oğlu ilə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, hər gecikən gün üçün o, vaxtında ödənilməyən məbləğin 0,1 faizini ödəməlidir. Hazırda cavabdeh 248 gündür ki, borcun ödənilməsini gecikdirir.Ödənilməyən 1894 (min səkkiz yüz doxsan dörd) manat məbləğin 0,1 faizi 469,91 (dörd yüz altmış doqquz manat doxsan bir qəpik) təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş 248 günə görə dəbbə pulu 469,91 manat hesablanmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Bundan əlavə, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməli olması tələbinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə ələaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizələri verildikdə; MPM-in 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; MPM-in 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq. QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(5-115)-84/2026
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(5-115)-84/2026
21.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver