Məhkəmə qərarları › İş №2(5-121)-412/2026

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-412/2026

04.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-412/2026 04.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, ərizəçi (iddiaçı) İddiaçı iştirakı ilə, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 17.12.2*25-ci il tarixli, 2(125)-6843/2*25 nömrəli qərardadına əsasən İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi İddiaçı həmin icra qeydi barədə məlumat aldığı andan 1* gün müddətində məhkəməyə şikayət vermək hüququna malik olduğu halda prosessual müddəti ötürdüyünə görə baxılmamış saxlanmışdır. 27.*1.2*26-cı il tarixdə məhkəməyə daxil olmuş ərizəsində İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi (iddiaçı) İddiaçı xahişini müdafiə edərək göstərdi ki, onunla "xxxx" MMC arasında bağlanmış *8.1*.2*24-cü il tarixli, 15169526*2**1 nömrəli kredit müqaviləsinə əsasən ona 5** manat məbləğində kredit verilmişdir. Lakin heç bir əsas olmadan və ona heç bir məlumat verilmədən Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydi çıxarılmışdır. Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydinə əsasən cəmi 1.335 manat məbləğində pul vəsaiti ondan alınaraq "xxxx" MMC-yə ödənilməlidir. O, həmin icra qeydinin mövcudluğundan 27.1*.2*25-ci il tarixdə icra məmurunun poçt vasitəsi ilə ona daxil olmuş tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra xəbərdar olmuş və 25.11.2*25-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 17.12.2*25-ci il tarixli, 2(125)-6843/2*25 nömrəli qərardadı ilə həmin iddiası baxılmamış saxlanılmış və həmin qərardadın surətini *7.*1.2*26-cı il tarixdə Gəncə Şəhər Məhkəməsindən almışdır. Lakin o, səhətində yaranmış problemlər və həmçinin «*8 Noyabr – Zəfər Günü» tədbirlərində iştirakla əlaqədar hazırda qanuniliyini mübahisələndirdiyi icra qeydindən şikayət vermə müddətini üzrlü səbəbdən ötürmüşdür. Sonda ərizəçi (iddiaçı) İddiaçı xahişinin təmin olunmasını məhkəmədən xahiş etdi. Gəncə şəhəri 3 saylı notariat ofisi və "xxxx" MMC ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı xahişi əsassız olduğuna görə rədd edilməlidir. İş materiallarında olan İddiaçı ünvanlanmış 13.1*.2*25-ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməsi barədə xəbərdarlıq edilmiş və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. İşdə olan SS961898*485AZ nömrəli poçt zərfinin surətindən görünür ki, 13.1*.2*25ci il tarixli tələbin könüllü icrası barədə bildirişin surəti 29.1*.2*25-ci il tarixdə İddiaçı təqdim olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzinin surətindən görünür ki, X1 Şəhər Məhkəməsinin 17.12.2*25-ci il tarixli, 2(125)-6843/2*25 nömrəli qərardadının surətini *7.*1.2*26-cı il tarixdə almışdır. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydindən 29.1*.2*25-ci il tarixdə xəbərdar olmuş, lakin bundan 26 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 16.*5.2*25-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə İddiaçı həmin icra qeydi barədə məlumat aldığı andan 1* gün müddətində məhkəməyə şikayət vermək hüququna malik olmuşdur. Bununla yanaşı, İddiaçı həmin müddətin ötürülmə səbəbi kimi «8 Noyabr - Zəfər Günü» münasibətilə Bakı şəhərində keçirilən tədbirlərdə iştirak etməsini əsas qismində göstərsə də istər həmin dövrə qədər, istərsə də həmin dövrdən sonra prosessual müddətinin ötürülməsi səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Halbuki, icra məmurunun «tələbin könüllü icrası barədə» bildirişinin surəti İddiaçı poçt vasitəsi ilə 29.1*.2*25-ci il tarixdə təqdim olunmasından «8 Noyabr - Zəfər Günü» tarixidək 8 gün, həmin tarixdən İddiaçı ilk iddia ərizəsi ilə məhkəmə müraciət etdiyi 27.11.2*25-ci il tarixədək 19 gün, Gəncə Şəhər Məhkəməsinin 17.12.2*25-ci il tarixli, 2(125)-6843/2*25 nömrəli qərardadının surətinin İddiaçı *7.*1.2*26-cı il tarixdə təqdim edilməsindən 2* gün sonra, yəni 27.*1.2*26-cı il tarixdə hazırki vəsatət və iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi İddiaçı «tələbin könüllü icrası barədə» bildirişin surəti İddiaçı poçt vasitəsi ilə 29.1*.2*25-ci il tarixdə təqdim olunmasından ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 27.11.2*25-ci il tarixədək müddət ərizəsində notariusun icra qeydindən şikayət vermə müddətinin ötürülməsinin sübutlar təqdim etmədən üzrlü hesab olunmasını xahiş etsə də, Gəncə Şəhər Məhkəməsinin 17.12.2*25-ci il tarixli, 2(125)-6843/2*25 nömrəli qərardadının surətinin ona *7.*1.2*26-cı il tarixdə təqdim olunmasından 2* gün sonra, yəni 27.*1.2*26-cı il tarixdə növbəti dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 13*.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. «Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16.*5.2*25-ci il tarixli Plenum qərarından görünür ki, qanunverici orqan tərəfindən «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 1* günlük müddət tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinin 1*.1*.2*25-ci il tarixli, 8İ-4629 reyestr nömrəli icra qeydindən 29.1*.2*25-ci il tarixdə xəbərdar olduğuna baxmayaraq, bundan 26 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair müddətin hər hansı üzürlü səbəbdən ötürülməsi iş üzrə öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı xahişi təmin edilməməli, İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 363.1 və 363.1.3 maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə müraciət etmək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə İddiaçı xahişi təmin edilməsin. İddiaçı Gəncə şəhəri 3 saylı notariat ofisinə və "xxxx" MMC-yə qarşı «icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 1* gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar