Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(5-121)-603/2026 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədova Maya Vahid qızı, İddiaçı Cavabdehnə qarşı «Cavabdeh icra məmuru X1 tərəfindən 8İ-13324 saylı icra sənədi üzrə 09 iyun 2025-ci il tarixdə icra ödənişinin alınması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi, təqaüdünə qoyulmuş inkasso sərəncamının ləğv edilərək, təqaüdündən tutulmuş vəsaitin geri qaytarılması»na dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh icra məmuru X1 tərəfindən 8İ-13324 saylı icra sənədi üzrə 09 iyun 2025-ci il tarixdə icra ödənişinin alınması haqqında qəbul edilmiş qərarın ləğv edilməsini, təqaüdünə qoyulmuş inkasso sərəncamının ləğv edilərək, təqaüdündən tutulmuş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı 1 saylı X2 Xidmət Mərkəzində xx.xx.2025-ci il tarixdə aparılmış icra qeydi üzrə Cavabdeh icra məmuru X1 tərəfindən 09 iyun 2025-ci il tarixdə icra ödənişinin alınması haqqında qəbul edilmiş qərarın ləğv edilməsini, təqaüdünə qoyulmuş inkasso sərəncamının ləğv edilərək, təqaüdündən tutulmuş vəsaitin geri qaytarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Ərizəçiyə izah olunur ki, barəsində qəbul edilmiş Cavabdeh icra məmuru X1 tərəfindən 8İ-13324 saylı icra sənədi üzrə 09 iyun 2025-ci il tarixdə icra ödənişinin alınması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi, təqaüdünə qoyulmuş inkasso sərəncamının ləğv edilərək, təqaüdündən tutulmuş vəsaitin geri qaytarılması barədə iddia ərizəsi ilə deyil ərizə formasında məhkəməyə ərizə ünvanlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : İddiaçı Cavabdehnə qarşı «Cavabdeh icra məmuru X1 tərəfindən 8İ-13324 saylı icra sənədi üzrə 09 iyun 2025-ci il tarixdə icra ödənişinin alınması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi, təqaüdünə qoyulmuş inkasso sərəncamının ləğv edilərək, təqaüdündən tutulmuş vəsaitin geri qaytarılması»na dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, Cavabdeh icra məmuru X1 tərəfindən 8İ-13324 saylı icra sənədi üzrə 09 iyun 2025-ci il tarixdə icra ödənişinin alınması haqqında qəbul edilmiş qərarın ləğv edilməsi, təqaüdünə qoyulmuş inkasso sərəncamının ləğv edilərək, təqaüdündən tutulmuş vəsaitin geri qaytarılması barədə iddia ərizəsi ilə deyil ərizə formasında məhkəməyə yenidən müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №2(5-121)-603/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(5-121)-603/2026
11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver