Məhkəmə qərarları › İş №2(5-122)-305/2026

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(5-122)-305/2026

06.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(5-122)-305/2026 06.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X2, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyatdan çıxarılma» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və caabdehin göstərilən ünvandan daimi qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi iki tələbdən ibarət olmaqla, ilk tələbdə “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” və sonrakı tələbdə “cavabdehin göstərilən ünvandan daimi qeydiyyatdan çıxarılması” qeyd edilmişdir. Belə ki, birinci tələb cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi Goranboy rayon Məhkəməsinin səlahiyyətində olsa belə, ikinci tələb cavabdehin göstərilən ünvandan daimi qeydiyyatdan çıxarılması tələbi isə İnzibati Məhkəmənin səlahiyyətindədir. Bundan başqa sözügedən iddia ərizəsi üzrə iddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş ********** nömrəli qəbzdən görünür ki, 100 (bir yüz) manat miqdarında dövlət rüsumu İddiaçı tərəfindən yox, başqa şəxs X3 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin tələblər bir-biri ilə əlaqədar olmayan tələblərdir, yəni ayrı-ayrılıqda birinci tələb üzrə Goranboy Rayon Məhkəməsinə, ikinci tələb üzrə isə İnzibati Məhkəməyə müraciət edilməli olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, ********** saylı qəbzdən görünür ki, X3 tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və qeydiyatdan çıxarılma» tələbinə dair ərizəsi, ona əlavə edilmiş sənədlər İddiaçı, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu isə X1 geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada birinci tələb üzrə yenidən Goranboy Rayon Məhkəməsinə müraciət etməyə mane olmur və ikinci tələb üzrə aidiyyəti İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar