Məhkəmə qərarları › İş №2(5-122)-306/2026

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(5-122)-306/2026

03.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(5-122)-306/2026 03.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Vəliyev Kazım İntiqam oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X* X2 Xidməti Publik Hüquqi X3 Melorasiya İstismarı İdarəsinə qarşı “subartezian quyusunun cavabdehin balansından çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu Ağamalıoğlu kəndində onun vəsaiti hesabına qazılmış 06/9*0 saylı subartezianm quyusunun cavabdehin balansından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, sözügedən ərizə üzrə ərizəçi tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.*.2. iddia qiyməti *.000 manatdan *0.000 manatadək olduqda (30 manat + *.000 manatdan yuxarı olan iddia qiymətinin * faizi) müəyyən olunmuş məbləödə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *52.*.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-nin *52, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X* X2 Xidməti Publik Hüquqi X3 Melorasiya İstismarı İdarəsinə qarşı “subartezian quyusunun cavabdehin balansından çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar