Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(5-123)-176/2026 29.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Camalzadə Cavid Əhməd oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11000 (on bir min) manat pul vəsaitinin və 123 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Həmçinin, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini ərazi aidiyyatı üzrə Göyçay Rayon Məhkəməsinə göndərsə də, iddiasında ərizənin verildiyi məhkəmənin adını Bakı şəhəri Xətai Rayon Məhkəməsi kimi qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 149.2.1-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı ərizədə göstərilməlidir. İddiaçı ərazi aidiyyatı üzrə ərizəni düzgün olaraq Göyçay Rayon Məhkəməsinə vermiş olsa da, iddia ərizəsində məhkəmənin adını səhvən Bakı şəhəri Xətai Rayon Məhkəməsi kimi qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi İddiaçı tərəfindən imzalanmadığı və iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı düzgün göstərilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, qərardadda qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsi hüquqları izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149 - 152, 263 - 264 və 266 - 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu İddiaçı qaytarılsın. (xx.xx.2026-ci il tarixli, ********** saylı qəbz) İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №2(5-123)-176/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(5-123)-176/2026
29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver