Məhkəmə qərarları › İş №2(5-123)-212/2026

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(5-123)-212/2026

05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(5-123)-212/2026 05.02.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7200 manat pulun və 92 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçının iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi ********** nömrəli xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Göygöl rayon Məhkəməsinin hesabına 92.40 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi İddiaçı dövlət rüsumunun Göyçay rayon Məhkəməsinin hesabına ödəməli olduğu halda, səhvən Göygöl rayon Məhkəməsinin hesabına ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.5, 152.1.5-ci maddələrinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qanunla müəyyən edilmiş qaydada və məğbəğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödədikdən sonra məhkəməyə müraciət edə bilməyi izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar