Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(5-123)-244/2026 10.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Camalzadə Cavid Əhməd oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Məmmədova Fidan Şöhrət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Göyçay Rayon Məhkəməsinin inzibati binasında keçirilmiş açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 875 (səkkiz yüz yetmiş beş) manat məbləğində pulun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə hüquqi yardım göstərilməsi üçün vəkilə ödədiyi 40 (qırx) manat məbləğində vəsaitin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı 5 mart 2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh ona olan borcunu tam şəkildə ödəmişdir. Bu səbəbdən o, iddia ərizəsinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışına hazırlıq mərhələsində iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə yazılı ərizə verilmişdir və həmin ərizədə göstərilən hallar iş materialları ilə ziddiyyət təşkil etmir. Tərəflər arasında mübahisə predmeti aradan qalxdığından iş üzrə məhkəmə müdafiəsinə ehtiyac qalmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının ərizəsi əsaslı olduğundan iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı, həmçinin iddia ərizəsi təqdim edilərkən ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 170, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsi təqdim edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Göyçay Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Camalzadə
Məhkəmə qərarları › İş №2(5-123)-244/2026
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(5-123)-244/2026
10.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver