Məhkəmə qərarları › İş №2(5-134)-194/2026

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №2(5-134)-194/2026

09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 2(5-134)-194/2026 09.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Muxtarov Muxtar Arif oğlu, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində səhətinə vurulmuş maddi və məbnəvi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində səhətinə vurulmuş maddi və məbnəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində nəqliyyat vaisətisini idarə etmək hüququ olmadan idarə etdiyə "xxxx" MMC-yə məxsus olan “Monitou MT 1840” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtoyükləyicini ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin inzibati binasının həyətindəki avtoservisdə geriyə doğru hərəkət etdirərkən “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının qanununun 42-ci maddəsinin 13-cü bəndinin tələblərini pozmuş və "xxxx" MMC-də anbardar vəzifəsinə işləyən İddiaçı vuraraq ona döş qəfəsinin sağ yarısının 7,8,9-cu qabrğaların arxa səthinin qançırı ilə müşayiət olunann sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Buna görə də baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş mənəvi ziyana görə 5000 manat, maddi ziyana görə isə 10000 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Ərizənin mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən, xəsarət yetirmə və ya sağlamlığın başqa şəkildə pozulması ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.İddiaçı ziyan vuranın yaşadığı görə iddia vermişdir. Lakin ərizənin mümkünlüyü ilə əlaqədar məsələyə baxılarkən müəyyən edildi ki, ərizəçi dövlət rüsmunun ödənilməsi barədə sənədi iş materiallarına əlavə etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.3. əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar; “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 24 dekavr 2025-ci il tarixli qərarı: 9.3.Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərində dövlət rüsumunun ödənilməsi xüsusiyyətləri 9.3.1. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbləri üzrə dövlət rüsumunun məbləği tələbdən asılı olaraq fərqləndirilməlidir. 9.3.2.Belə ki, bu qərarın 4.5-ci bəndində göstərilən şəxsiyyət hüquqlarının müdafiəsi tələbləri qiymətləndirilməyən iddialara aid olduğundan, dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.3.Bundan fərqli olaraq, bu qərarın 4.6-cı bəndində göstərilən şəxsiyyət hüquqlarının pozulmasından irəli gələn mənəvi təzminat tələbləri isə qiymətləndirilən iddialara aid olduğundan dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən ödənilməlidir. 9.3.4.Mənəvi təzminat tələbləri şəxsiyyət hüquqlarının müdafiəsi tələblərindən yaranan törəmə tələblər olduğundan, bu tələblər birlikdə qaldırıldıqda qiymətləndirilməyən iddialar üzrə nəzərdə tutulmuş dövlət rüsumundan az olmamaq şərti ilə, qiymətləndirilən iddia üzrə nəzərdə tutulmuş həddə dövlət rüsumu ödənilir. 9.3.5. İddiaçı mənəvi təzminatın ödənilməsi ilə bağlı bir neçə müstəqil tələb irəli sürdükdə, dövlət rüsumu Mülki Prosessual Məcəllənin 112.1.10-cu maddəsinə uyğun olaraq bütün tələblərin ümumi məbləği əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində səhətinə vurulmuş maddi və məbnəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Muxtar Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar