Məhkəmə qərarları › İş №2(5-134)-24/2026

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(5-134)-24/2026

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Kürdəmir rayon İş № 2(5-134)-24/2026 05.03.2026 KÜRDƏMIR RAYON MƏHKƏMƏSI Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı İddiaçı İslam qızının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı İslam qızının cavabdeh Cavabdeh (bundan sonra Cavabdeh ASC) qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İslam qızı cavabdehCavabdeh ASC-yə qarşı “akt üzrə hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edədək Cavabdeh ASC tərəfindən qanunsuz tərtib olunmuş AKT R ****** nömrəli akta əsasən yazılmış 327.45 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Muradxan kəndində özlərinə məxsus evdə yaşayır. Yaşadıqları evin sayğacı mərhum əri Məhəmmədəli Əkbərovun adına qeydiyyata alınmışdır. X3 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Onlar hər ay işlətdikləri enerjinin haqqını vaxtında ödəmişlər. Özləri sayğacda nasazlıq aşkar etdiyi üçün ərizə ilə Cavabdeh ASC-nin Kürdəmir filialına müraciət edərək sayğacın nasaz olduğunu bildirmiş və sayğaca baxış keçirib nasazlığın aradan qaldırılmasını xahiş etmişlər. ##.##.2025-ci il tarixdə Cavabdeh ASC-nin nümayəndələri gələrək onlara heç bir məlumat vermədən küçədə yerləşən sayğacı yoxlayıb çıxıb getmişlər. Üstündən bir az müddət sonra ona bildiriş gəlmişdir ki, borcu var və laboratoriyada yoxlandıqdan sonra sayğacın keçən enerjini öz-özünə qeyd etdiyi göstərilmişdir. Bununla bağlı cərimə aktı tərtib olunmuş və bu aktla ona cərimə yazmışlar. Onlar heç bir sübut olmadan, təkcə öz şahidlərinin iştirakı ilə maraqlı şəxslərin iştirakı ilə akt tərtib etmişlər. Sayğaca müdaxilə etməmiş və kənar xəttdən də istifadə etməmişlər. Sayğacın nasaz olması barədə də özləri ərizə ilə məlumat vermişlər. Cavabdeh idarənin hərəkətləri onun bir istehlakçı kimi hüquqlarını pozur, ona haqsız 327.45 manat əlavə ödəniş yazılması çox pis təsir edir. Məhkəmə iclasında iddiaçı İddiaçı İslam qızı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddiaya etiraz verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı ilə tasdiq olunmuş “Elektrik enerjisndən istifadə Qaydaları”nın (bundan sonra “EEIQ”) “X12 Qaydaları”na (bundan sonra “EQQQ”) tələblərinə uyğun olaraq iddiaçının yaşadığı ev elektrik sayğacı ilə təmin olunmuş və sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi sayğac göstəricisinə uyğun aparılmışdır. İddiaçı İddiaçı İslam qızının (X5) odəniş və sərfiyyatı haqqında abunə məlumatından görünür ki, yaranmış borc onun həmin dövrdə sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödəməməsi səbəbindən yaranmışdır. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi əsaslandıra bilməmiş, iddia arizəsində qeyd etmişdir ki, R ****** nömrəli akt esasında ona 327,45 manat cərimə yazılmışdır. Əslində həmin R ****** nömrəli akt baxış aktı kimi onun ödəniş və sərfiyyatı haqqında abunə məlumatına əlavə olunmuşdur. Başqa sözlə desək R ****** nömrəli akta əsasən iddiaçıya əlavə ödəniş hesablanmamışdır. Bununla bərabər onu da qeyd edirik ki, iddiaçının evinin istismarında olan və mübahisələndirdiyi elektrik sayğacının laboratoriya şəraitində yoxlanılması zərurəti yaranmışdır. Bu barədə iddiaçının (nümayəndə oğlu Samir) iştirakı ilə 999433 N№-li məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında protokol tərtib edilmişdir. O, prosesi vizual olaraq izləmiş, həmin protokol iddiaçı tərəfindən imzalanmışdır. Elektrik sayğacına rəy verilməsi və yoxlamada iştirak etmək üçün iddiaçıya (nümayəndə oğlu Samir) xəbərdarlıq edilmişdir. Lakin iddiaçı (nümayəndə oğlu Samir) yoxlamada iştirak etməmiş, araşdırma zamanı sayğacda qüsur aşkar edilməmişdir. Qeyd olunduğu kimi iddiaçı bu barədə tam məlumatlı olmuş, lakin araşdırmada iştirak etməmişdir. Odur ki, iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2025-ci il tarixli, R ****** saylı aktdan görünür ki, fərdi abonentin ərizəsinə əsasən ev sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac keçən enerjini öz-özünə qeyd edir, belə ki, sayğacın avtomatı aşağı vurulduğu halda sayğac keçən enerjini qeyd edir; Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ****** nömrəli protokoldan görünür ki, Kürdəmir rayonu Muradxan kəndində istehlakçı Əkbərov Məhəmmədəli oğlunun adına olan (abunə kodu 33359**********) 03597170 nöçrəli sayğac çıxarılmış yerinə ******** nömrəli sayğac quraşdırılmışdır. ****** saylı Akta əsasən elektron tipli sayğac çıxarılmış əvəzinə yeni elektron tipli sayğacla əvəz olundu. Çıxarılan sayğac 5 gün ərzində laboratoriyada yoxlanılacaq. Sayğacın yoxlanmasında abonentin iştirak etməyi tövsiyyə olunmuş, yeni sayğac yoxlanılıb alt qapağı möhürlənmişdir. Sayğacda qüsur aşkar edilməmişdir; Abunə haqqında məlumatdan görünür ki, 33359********** saylı abonent X5 ##.##.2025-ci il tarixli, R ****** saylı nömrəli akt əsasında borc hesablanmamışdır; Nkah haqqında şəhadətnamədən görünür ki, X5 ilə İslamova Nazlı İslam qızı arasında nikah Kürdəmir rayon Muradxan kənd sovetliyində qeydə alılnmışdır. Nikahdan sonra arvada Əkbərova, ərə Əkbərov soyadı verilmişdir. Azərbaycan Respublikası Kürdəmir regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 ##.##.2025-ci il tarixdə ölmüşdür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə istehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın: 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.11-ci bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi “X12 qaydaları”nın tələblərinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşma uçotunu təşkil etməyə (10.18.6), elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə (10.18.9-1), bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə (10.18.9-2) borcludur. 10.12-ci bəndinə əsasən, elektrik enerjisinin keyfiyyətinin aşağı düşməsinə təqsirkar tərəf və aşağı keyfiyyətli elektrik enerjisi ilə (faizlə ölçmənin müddətinə) işləmə müddəti “Ümumi təyinatlı elektrik şəbəkələrində elektrik enerjisinin keyfiyyətinə nəzarət və təhlili üzrə metodik göstərişlər”ə uyğun olaraq, statistik və ya qeydedici cihazların ölçülərinin nəticələri ilə müəyyənləşdirilir. Ölçülərin nəticələri enerjitəchizatı müəssisəsinin, X8 Agentliyinin, istehlakçının, yaxud dövlət elektroenergetika müəssisəsinin səlahiyyətli nümayəndələrinin tərtib etdiyi aktla rəsmiləşdirilir. Məhkəmə tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşayış evində quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və sayğacın avtomatı aşağı vəziyyətdə olduğu halda elektrik enerjisinin qeydiyyatının davam etməsi halı aşkar edilmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”nın yeni redaksiyasına uyğun olaraq enerjitəchizatı müəssisəsi elektrik enerjisinin uçotunun düzgün təşkil edilməsinə, o cümlədən sayğacların işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət etməyə borcludur (10.18.6, 10.18.9-2-ci bəndlər). Eyni zamanda, elektrik enerjisinin keyfiyyət göstəricilərinin aşağı düşməsi və ya uçotun düzgün aparılmaması halları yalnız müvafiq metodik göstərişlərə uyğun aparılmış ölçmələr və səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş aktlarla müəyyən edilə bilər (10.12-ci bənd). İş materialları ilə müəyyən olunur ki, sayğacın nasazlığı ehtimalı iddiaçının öz müraciəti əsasında aşkar edilmiş, sayğac sonradan çıxarılaraq laboratoriyada yoxlanılmış və nəticədə sayğacda qüsur aşkar edilməmişdir. Bununla yanaşı, iş materiallarında iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması, yəni sayğaca müdaxilə edilməsi, kənar xəttdən istifadə olunması və ya uçotun təhrif edilməsi hallarını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən R ****** nömrəli akt əsasında iddiaçıya əlavə ödəniş hesablanmamış, həmin akt yalnız baxış aktı kimi rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, iş materialları ilə mübahisələndirilən akt əsasında iddiaçıya əlavə ödəniş və ya borc hesablanmadığı müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının hüquqlarının pozulması faktı sübuta yetirilmədiyindən və müdafiə edilməli maddi-hüquqi tələb mövcud olmadığından, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hüquqların pozulması və əlavə borcun mövcudluğu sübuta yetirilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı İddiaçı İslam qızının cavabdeh Cavabdeh qarşı “akt üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar