Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № 2(5-134)-26/2026 05.03.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 216 manat borc məbləğinin hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Söyüdlər kəndində yaşayır. Evin qaz abunə kodu onun adınadır. Təxminən 2025-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, 216 manat ona cərimə yazılmışdır. Buna görə qaz idarəsində olmuşdur. Bunun səbəbini soruşanda isə qaz sayğacına müdaxilə olunduğu və cərimə yazıldığı bildirilmişdir. Ona xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 216 manat məbləğində cərimə yazılmışdır. Əgər belə bir akt varsa tamamilə qanunsuz və əsassızdır. Sayğac açılanda heç bir müdaxiləsi olmamışdır. Qaz sayğacının heç bir qoruyucu qutusu yoxdur, ümumiyyətlə olmayıb. Qaz sayğacı küçədə vətəndaşların gedibgəldiyi yerdədir. Həmçinin qaz sayğacı hal şahidlərinin iştirakı ilə yox, ancaq cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə çıxarılmışdır. Sayğac çıxarılandan sonra aktda guya müdaxilə edilməsi yazılmışdır. Həmin aktda imza etmişdir. Sonradan cavabdehin işçisi aktı ona verəndə əlavələr yazılmasını görmüşdür. Məhkəmə iclasında iddiaçı idda ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək bildirmişdir ki, istehsalat zərurəti ilə əlaqədar olaraq həmin məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak edə bilməyəcəkdir. Ona görə də tərəfindən təqdim edilmiş sənədlərin işə əlavə edilməsini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, iddianın təmin edilməməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktda görünür ki, Cavabdeh İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri X.Babaşov, R.Mahmudov və İddiaçı tərəfindən istehlakçı İddiaçı iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı 10038643 nömrəli qaz sayğacına baxış zamanı sayğacın çıxış plastmas borusunda deşik aşkar olunmuş və təbii qaz itkisi yarandığı müəyyən edilmişdir. İstehlakçı İddiaçı bu barədə tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. - xx.xx.2021-ci il tarixli tələbnamədə dəymiş ziyan 2160 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən 216 manat borc istehlakçıya (abonent kodu **********00860) hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 3.1.10-cu bəndinə əsasən, yaşayış sahələrində quraşdırılmış qaz sayğaclarına 6 ayda 1 dəfə, digər sayğaclara 3 ayda 1 dəfə baxış keçirilməli, nəticə aktla təsdiqlənməli və bir nüsxəsi istehlakçıya verilməlidir; 3.1.11-ci bəndinə əsasən, qanunsuz qoşulma hallarının qarşısını almaq üçün şəbəkəyə baxış keçirilməli və nəticə aktla rəsmiləşdirilməlidir; 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma aşkar edildikdə xətti dərhal ayırmaq, akt tərtib etmək və nüsxələri aidiyyəti orqanlara təqdim etmək; istehlakçının təqsiri müəyyən edilərsə zərərin ödənilməsini tələb etmək; 6.5-1.1 bəndinə əsasən, zərərin hesablanması zamanı sayğaca müdaxilə, qanunsuz qoşulma müddəti və ilin mövsümü nəzərə alınır; 6.5-3-cü bəndinə əsasən, pozuntu aradan qaldırıldıqda, son baxış tarixindən qanunsuz qoşulma aşkar edildiyi tarixədək, lakin 12 aydan artıq olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hesablanır. Məhkəmə işin materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonu Söyüdlər kəndində İddiaçı məxsus evdə quraşdırılmış G-4 markalı 10038643 nömrəli qaz sayğacının çıxış plastmas borusunda deşik aşkar edilmiş və nəticədə təbii qaz itkisi yaranmışdır. Bu barədə akt tərtib edilmişdir, lakin akt istehlakçı tərəfindən imzalanmamışdır. Sayğac istehlakçının birbaşa nəzarətində olmayan, ümumi istifadədə olan ərazidə yerləşdirildiyi üçün, sayğaca müdaxilənin məhz istehlakçı tərəfindən həyata keçirildiyi ehtimal edilə bilməz. Buna görə də istehlakçının təqsirini müəyyən etmək üçün bu fakt kifayət edən sübut hesab edilə bilməz. Cavabdeh tərəfindən istehlakçıya hesablanmış 2160 m³ qaz sərfinin hansı müddət üçün hesablandığı və sonuncu baxış tarixinin nə vaxt olduğu barədə məhkəməyə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxır və onlara hüquqi qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün zərərin mövcudluğu, zərərin qanunsuz hərəkət və ya hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması şərtləri mövcud olmalıdır. Hazırki iş üzrə tələb edilən zərərə görə istehlakçının təqsirliliyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Nəticədə, qaz paylayıcısı tərəfindən tərtib edilmiş akt yalnız pozuntunun mövcudluğunu təsdiq edir, lakin istehlakçının təbii qaz itkisinə görə təqsirli olduğunu müəyyən edən hüquqi akt hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən istehlakçının təbii qaz itkisinə görə təqsirli olduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən, istehlakçıdan zərərin tutulması üçün qanuni əsas mövcud hesab edilmir. Odur ki, iddia təmin edilməli, Cavabdeh X1 İstismari İdarəsinin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 216 manat borc məbləğinin silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğu və iddia tələbi təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 İstismari İdarəsinin Kürdəmir Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 216 (iki yüz on altı) manat İddiaçı hesabından (abonent kodu: **********00860) silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №2(5-134)-26/2026
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №2(5-134)-26/2026
05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver