Məhkəmə qərarları › İş №2(5-136)-392/2026

Qazax Rayon Məhkəməsi Qərardad — İş №2(5-136)-392/2026

18.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 2(5-136)-392/2026 18.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlu, İddiaçı Cavabdeh qarşı «atalığın mübahisələndirilməsi, doğum haqqında akt qeydində ata adının çıxarılmasına» dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının Qaziosmanpaşa/İstanbulda doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşağın biloloji atasının onun olmamağı barədə; 2. Türkiyə Respublikasının Qaziosmanpaşa/İstanbulda doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşağın adına olan doğum akt qeydinin ata qrafasında onun adının ləğv edilməsi, çıxarılması barədə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən və olan əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə evlənmişdik və 25 sentyabr 2014-cü il tarixdə Ağstafa rayon Qeydiyyat Şöbəsində 268 nömrə ilə nikahımızı rəsmiləşdirmişdik. Nikahlarından xx.xx.2014-cü il tarixdə X3 doğulmuşdur. 2016-cı ildən onlar Cavabdeh ilə faktiki olaraq, ayrılsalar da nikahları Cavabdeh iddiası əsasında Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-516/2024 nömrəli qətnaməsinə əsasən 25 sentyabr 2014-cü il tarixdə Ağstafa rayon Qeydiyyat Şöbəsində 268 nömrə ilə rəsmiləşdirilmiş nikahları pozulmuş və ona aliment kəsilmişdir. Ona indi məlum olmuşdur ki, onlar ayrıldıqdan sonra Cavabdeh 2019-cu ildə Türkiyə Respublikasına gedərək, Türkiyə Respublikası vətəndaşı xx.xx.1980-ci il təvəllüdlü X5 (kimlik nömrəsi **********0, seriyası A35V55010) ilə ailə quraraq, evlənmişlər. Onların imam nikahlı evliliklərindən isə xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşaq dünyaya gəlmişdir. Cavabdeh evlilik dövründə hələ də onunla rəsmi nikahıda olması və uşağa hamiləlik dövründə onunla rəsmi nikahda olduğu və dövlətlərarası nikah məlumatlarımızın Türkiyə Respublikasına ötürülməsi səbəbindən Umut Kaan adlı uşaq onun adına əsassız və qanunsuz olaraq, rəsmiləşdirilmişdir. Bildirmişdir ki, onun 2016-cı ildən Cavabdeh ilə heç bir əlaqəsi olmamışdır. Cavabdeh Türkiyəyə getməsindən, orada evlənməsindən və uşağının olmasından onun indi xəbərdar olmuşdur, o da Türkiyəyə getməmiş və həmin uşağın dünyaya gəlməsi ilə onun heç bir biloloi və s. əlaqəsi yoxdur. Məhkəmədən öncə onlar mediasiya qaydasında onun müraciəti əsasında Qazax rayon 1 saylı Mediasiya Təşkilatında xx.xx.2026-cı il tarixli, MŞQ/1-00069 nömrəli barışıq sazişi bağlamış, Sazişin şərtləri isə belə olmuşdur: "Tərəflər 2016-cı ildə faktiki olaraq ayrıldıqdan sonra Cavabdeh xx.xx.2019-cu ildən Türkiyə Respublikasında yaşadığını, İddiaçı Türkiyə Respublikasına getmədiyini və buna görə də xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşağın bioloji atasının İddiaçı ola bilməyəcəyini, uşağın bioloji atasının Cavabdeh imam nikahlı əri Türkiyə Respublikası vətəndaşı xx.xx.1980-ci il təvəllüdlü X5 (kimlik nömrəsi **********0, seriyası A35V55010) olduğunu nəzərdə tutaraq aşağıdakılar barədə razılığa gəlmişlər.

1. İkinci tərəf Cavabdeh xx.xx.2024-cü il təv. X8 adlı uşağın bioloji atasının İddiaçı olmadığını etiraf edir.

2. İkinci tərəf Uşağın doğum akt qeydindən və doğum haqqında şəhadətnaməsindən X4 adı, soyadı və ata adının çıxarılmasına razılıq verir.

3. Birinci tərəf İddiaçı xx.xx.2024-cü il təv. X8 adlı uşağın bioloji atası olmaması faktını və onun doğum akt qeydindən və doğum haqqında şəhadətnaməsindən adı, soyadı və ata adının çıxarılmasını qəbul edir." Həmin nikahın əsasında uşağın adına yazılmış doğum akt qeydində onun adı yazılmış və bu barədə doğum haqqında şəhadətnamə (doğum bəlgəsi) alınmışdır. İddiaçı Türkiyə Respublikasının Qaziosmanpaşa/İstanbul-da doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşağın biloloji atasının onun olmaması və Türkiyə Respublikasının Qaziosmanpaşa/İstanbulda doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X8 adlı uşağın adına olan doğum akt qeydinin ata qrafasında adının ləğv edilməsi ilə bağlı iddiasını əsaslandırmışdir. Eyni zamanda, iddiaçı X8 adlı uşağın doğum haqqında şəhadətnaməsinin surətini və Qeydiyyat Şöbəsindən müvafiq düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı müraciəti iddia ərizəsinə əlavə etməmişdir. “Elektron Məhkəmə” informasiya sistemində Cavabdeh qohumluq məlumatları barədə sorğusundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə X13 rayonunda doğulmuş X1 (FİN:PPT9A5K) doğum qeydiyyatı vardır. Şəxsin valideynləri haqqında məlumatlar isə doğum haqqında şəhadətnamədə qeyd olunur və belə şəhadətnamənin, yaxud doğum haqqında akt qeydinin mövcudluğu qohumluq faktının müəyyən edilməsini istisna edir. Buna görə də vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası üçün Qeydiyyat orqanına müraciət edilməli, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası əsasında müvafiq şəhadətnamə alınmalı, həmin şəhadətnamədə şəxsin valideynləri haqqında məlumat qeyd olunmadığı halda müvafiq ərizə ilə məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» 13-cü bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Qərarın 16-cı bəndində göstərilir ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericilikdə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair sənəd aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də vətəndaşlıq vəziyyəti aktlarında yol verilən sənvlət (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və s.) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-nin XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi: xx.xx.2026; qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «atalığın mübahisələndirilməsi, doğum haqqında akt qeydində ata adının çıxarılmasına» dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2026; qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı SARİ OĞLUNA geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar