Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(5-141)-70/2026 23.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Səfərli Günel Adil qızının sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Qusar Rayon İcra Hakimiyyətinə qarşı “ torpaq sahəsinə mülkiyət hüququnun tanınması və dövlət aktının qanuni hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq məhkəmə, Müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Qusar Rayon İcra Hakimiyyətinə qarşı “ torpaq sahəsinə mülkiyət hüququnun tanınması və dövlət aktının qanuni hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bildirmişdir ki, o, 2003-cü ildə Qusar rayonun Samur Bələdiyyəsinin ərazisində yerləşən 02 hektar torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə həmin dövrdə fəaliyyət göstərmiş Qusar Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında əldə etmişdir. Həmin 02 hektar torpaq sahəsinə JN-0264 KOD 30102018 saylı, 18 iyul 2003-cü il tarixli, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X3 Rayon Torpaq Şöbəsinin sabiq müdiri Reymullah Əliverdiyev, Dövlət Yerquruluşu və Layihə İnstitutunun direktoru Şahin Aslanov tərəfindən imzalanmış və dövlət möhürləri ilə təsdiqlənmişdir. Qeyd olunan torpaq sahə 2003-cü ildən etibarən hal-hazıra qədər fasiləsiz, açıq və vicdanlı şəkildə iddiaçının istifadəsində, faktiki mülkiyyətində olmuş, bu torpaq üzərində mehmanxana, avtodayanacaq, anbar və digər kommersiya obyektləri fəaliyyət göstərmişdir. İstifadə müddətində Torpaq vergisi, dövlət vergiləri, elektrik enerjisi və digər məcburi ödənişlər mütəmadi olaraq tərəfindən ödənilmişdir. 2023-cü ildə həmin torpaq sahəsinə dair çıxarış almaq məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona 2003-cü ildən verilmiş dövlət aktının arxiv materiallarının mövcud olmaması əsas gətirilərək yazılı imtina verilmişdir. İmtina ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsinə, daha sonra apellyasiya və kassasiya instansiyalarına müraciət etsə də, məhkəmələr iddia tələblərini təmin etməmişdir. İnzibati məhkəmələr mübahisəni mahiyyəti üzrə deyil, yalnız inzibati sənədlərin arxivdə olub-olmaması prizmasından qiymətləndirmişdir. Bildirir ki, dövlət aktının dövlət organlarının arxivində saxlanılmaması iddiaçının mülkiyyət hüququnun mövcudluğunu aradan qaldırmır. Torpaq üzərində faktiki, açıq, fasiləsiz və vicdanlı istifadə, habelə dövlət aktının mövcudluğu mülkiyyət hüququnun tanınması üçün kifayət edən hüquqi əsaslardır. Qusar Rayon Torpaq Şöbəsi hazırda ləğv edildiyindən, onun hüquq və öhdəlikləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icra olunur. və bu qurum hüquqi varis qismində işə cəlb edilməlidir. Dövlət organlarının uzunmüddətli razılığı, qeyd etmək istəyirəm ki, 22 il ərzində, heç bir dövlət organı, bələdiyyə, icra strukturu mənim mülkiyyətimdə, İstifadəmdə olan bu 02 hektar torpaq sahəsi ilə bağlı hər hansı narazılıq, irad, iddia və ya mübahisə qaldırmamışdır. Bu hal dövlət tərəfindən faktiki və səssiz tanınmanın açıq sübutudur. Sonradan dövlət aktının guya qanunsuz verildiyi iddiası ilə vəzifəli şəxslər Qusar Rayon Torpaq Şöbəsinin müdiri Reymullah Əliverdiyev, onun müavini Tasim Ramazanov barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir İstintaq zamanı Qusar Rayon Torpaq Şöbəsinin sabiq müdiri Reymullah Əliverdiyev prokurora verdiyi rəsmi izahatında, dövlət aktının bilavasitə özü tərəfindən verildiyini, aktda olan imza ona məxsus olduğu, özü tərəfindən şöbənin möhürü ilə təsdiq etdiyini, qeydiyyat kitabında qeyd olunmamasının texniki səhv olduğunu bildirmişdir. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Fərid Qarakişiyev cənabları vəzifəli şəxslər Qusar Rayon Torpaq Şöbəsinin sabiq müdiri Reymullah Əliverdiyev və onun müavini Tasim Ramazanovun hərəkətlərində cinayət tərkibi olmadığını müəyyən etmiş və 15 yanvar 2025-ci il tarixli < cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərardan verilmiş şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyalarının müvafiq qərarları ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qərarı öz qüvvəsində saxlanılmışdır. Beləliklə, dövlət aktı qanunsuz sayılmamış, hal-hazıra qədər etibarsız hesab edilməmiş, nə də ki, ləğv edilməmişdir. Buna baxmayaraq, Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququmun dövlər reyestrində qeydiyyatı aparılmır ki, bu da mülkiyyət hüququmun pozulmasına səbəb olur. 20 may 2003-cü il tarixli, JN-0264 KOD 30102018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının qanuni hesab edilməsini; Qusar rayonun Samur Bələdiyyəsinin ərazisində yerləşən 02 hektar torpaq sahəsinə mülkiyyət hüququnun mənə məxsus olmasının tanınmasını; Bu qətnamənin daşınmaz əmlakın dövlər reyestrində qeydiyyat üçün hüquqi əsas hesab edilməsini. Qusar Rayon Məhkəməsindən xahiş edirəm. İddia tələblərini təsdiq edən əlavə sübutlar işə mahiyyəti üzrə baxılarkən məhkəməyə təqdim ediləcəkdir ƏSASLANDİRMA HİSSƏSİ: Tətbiq edilən hüquq: “Azərbaycan Respublikasının MPM-in 149.2-ci maddəsi: İddia ərizəsində aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin149.3-cü maddəsi :İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 150.1.1-ci maddəsi: cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); Həmin Məcəllənin 150.1.2-ci maddəsi: dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Həmin Məcəllənin 152.1.1-ci maddəsi: iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 307.1-ci maddəsi: məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsi: Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsi: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmənin mövqeyi: Mülki Prosessual Məcəlləsinin tələblərindən də görünür ki, iddiaçı iddia ərizəsinin” xahiş etdim” hissəsində qeyd etdiyi “JN-0264 KOD 30102018 saylı, 18 iyul 2003-cü il tarixli, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ona verilən 02 hektar torpaq sahəsinə mülkiyyət hüququnun tanınması “tələbi məhkəmənin “iddia icraatı” qaydasında baxa biləcəyi işlər sırasına daxil deyildir. Hər hansısa faktın müəyyən edilməsi “ərizə icraatı qaydasında” Mülki Prosessual Məcəllənin 307-311-ci maddələrinin tələblərinə uyğun olaraq baxılır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlər qismində Qusar Rayon İcra Hakimiyyətini, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini qeyd etsə də, həmin cavabdehlərə yönəldilmiş tələblər aydın deyil, cavbdehlərin hər birinə qarşı yönəlmiş tələblər iddia ərizəsində öz əksini tapmalıdır. Yekun olaraq məhkəmə qərara gələrkən hansı cavabdehin üzərinə hansı öhdəlik qoyulacağını bilməlidir. İddiaçıya izah edilsin ki, iddiaçı tərəfindən yenidən “xüsusi İcraat” qaydasında mülkiyyət hüququnun tanınması faktı ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilərsə sözügedən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində kiminsə adına qeydiyyata alınıb alınmaması, həmin torpaq sahəsi ilə bağlı aparılmış məhkəmə işlərinin nəticəsi, müvafiq məhkəmə qərarları, həmin məhkəmədə tədqiq edilmiş sübutlar (torpaq sahəsi barədə mübahisə olub-olmamasının müəyyən edilməsi üçün) məhkəməyə təqdim edilməsi tövsiyə olunur. NƏTİCƏVİ HİSSƏ: Odur ki, Məhkəmə qeyd olunan halları nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülik Prosessual Məcəllənin 149-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı məhkəmədə işə baxılması üçün ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı bank rekvizitləri təqdim edildiyi təqdirdə geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə tapşırılsın. İddiaçı izah edilsin ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №2(5-141)-70/2026
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(5-141)-70/2026
23.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver