Azərbaycan Respublikası adından Qərardad Lənkəran şəhəri İş № 2(5-144)-944/2026 23.03.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSI Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu İddiaçı İddiaçı cavabdeh Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı “borclunun gəlirindən tutulmanın dayandırılması” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayon Məhkəməsi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli 2(049)- 59/2019-cu il tarixli qətnaməsinə və icra vərəqəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2.849,46 qəpik borcun əlavə tutulması üçün, ##.##.2026-cı il tarixli ******/****-**-* saylı yönəltmə məktubunun ləğv edilməsi və tutulmaların dayandırılması, icra işinin xitam edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı İddiaçı iddia tələbi icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası İnzibat Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * nömrəli, ## ##### 2015-ci il tarixli qərarının 15.4-cü bəndində göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqədar olduğundan, həmin məsələyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ##.##.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahının 2.1 maddəsinə əsasən, Azərbaycan Respublikası Ədliyə Nazirliyinin icra xidməti və probasiya qurumları inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsinə mülki icraat qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixliödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı tərəfindən hazırki iddia tələbi ilə əlaqədar 100 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edildiyindən iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, qərara aldım: İddiaçı İddiaçı cavabdeh Lənkəran rayon İcra və Probasiya Şöbəsinə qarşı “borclunun gəlirindən tutulmanın dayandırılması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İddiaçı İddiaçı (FİN: *******) tərəfindən “Kapital Bank ASC” vasitəsilə ödənilmiş (## #### 2026-c; il, saat 14:44, əməliyyat İD: 1397098604, qəbzin №-si: 17595, terminal №-si: K0138012, GPP qəbz №-si: 1970376044, büdcə təsnifat kodu: 142211, büdcə səviyyəsi kodu: 1, xəzinə hesabı: AZ74CTRE00000000000002112031) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardadın icrası Lənkəran-X1 İdarəsinə həvalə edilsin. Qərardaddan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi hissəsindən rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(5-144)-944/2026
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(5-144)-944/2026
23.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver