Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(5-145)-178/2026 12.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “mənzildən cavabdehə məxsus əşyaların çıxarılması” tələbinə dair mülki işə məkəmənin binasında video-audio yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı “mənzildən cavabdehə məxsus əşyaların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus əşyaların ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1 №-li Zeytunçuluq Sovxozunda yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X2 mülki işin baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə müstəsna aidiyyət qaydasına müvafiq olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 1 №-li Zeytunçuluq Sovxozunda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir və iddia tələbi həmin evdə mövcud olan əşyaların oradan çıxarılması barəsindədir. İşin halları ilə müəyyən olunur ki, sözügedən tələb mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırması halı ilə bağlıdır və qeyd edilən ev Bakı şəhəri Suraxanı rayonunda yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır; 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddiaçının tələbi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılması, başqa sözlə iddiaçının mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı olduğundan qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaya müstəsna aidiyyət qaydasında baxılmalı olduğundan hazırkı işə Masallı Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Bu baxımdan məhkəmə qeyd edilənləri və işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq Bakı şəhəri Suraxanı rayonunun ərazisinə aid olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı mülki iş baxılması üçün daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44, 45, 263,264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “mənzildən cavabdehə məxsus əşyaların çıxarılması” tələbinə dair 2(5-145)-178/2026 nömrəli mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №2(5-145)-178/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(5-145)-178/2026
12.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver