Məhkəmə qərarları › İş №2(5-145)-369/2026

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(5-145)-369/2026

13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(5-145)-369/2026 13.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu, İddiaçı Cavabdeh qarşı maddi mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurulmuş zərərə görə 1500 (min beş yüz) manat, “VAZ 21053 markalı”, **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərə görə 2991 (iki min doqquz yüz doxsan bir) manat, mənəvi zərərə görə isə 4500 (dörd min beş yüz) manat olmaqla, cəmi 8991 (səkkiz min doqquz yüz doxsan bir) manat pulun, eləcə də, ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət Rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göstərilənlərə əsasən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 109 (bir yüz doqquz) manat, 91 qəpik dövlət rüsumu ödəməli olduğu halda, 96 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, İddiaçı izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı maddi mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar