Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(5-145)-390/2026 12.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı doğum akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı doğum akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi məhkəməyə xx.xx.2026-cı il tarixdə daxil olduqdan sonra İddiaçı xx.xx.2026-cı li tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki işə baxılmadan və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə еdilmiş sənədlər geri qaytarılmalı, İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2026-cı il tarixli, qəbz nömrəsi: **********) 50 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı doğum akt qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə еdilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş (xx.xx.2026-cı il tarixli, qəbz nömrəsi: **********) 50 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №2(5-145)-390/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(5-145)-390/2026
12.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver