Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(5-145)-61/2026 16.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Qasımlı Fidan Lətif qızı, İddiaçı X1 cavabdeh Masallı Rayon Polis Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Masallı Rayon Polis Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Yol patrul xidmətinin baş inspektoru polis baş leytenantı X3 tərəfindən yazılmış cərimənin aradan qaldırılması və bununla bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında və ya məhkəmədə baxılmalı olmaması səbəbindən onun icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı barəsində inzibati xəta haqqında tərtib edilmiş protokolun etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol icraedici sənəd deyildir, protokol inzibati xəta hadisəsinin qeydə alınması barədə prosessual sənəd olduğundan heç bir hüquqi nəticə yaratmır. Həmin protokolun əsasında səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə qərarı qəbul ediləcəyi halda, hüquqi nəticələr yarandığından həmin qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına əsasən inzibati xətalar üzrə icraat qaydasında şikayət verilməsi imkanları nəzərdə tutulmuşdur. Hazırda isə şəxs mülki məhkəmə icraatı qaydasında heç bir hüquqi nəticə yaratmayan protokolu mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Masallı Rayon Polis Şöbəsinə qarşı protokolun etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Qasımlı
Məhkəmə qərarları › İş №2(5-145)-61/2026
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(5-145)-61/2026
16.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver