Məhkəmə qərarları › İş №2(5-146)-242/2026

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №2(5-146)-242/2026

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 2(5-146)-242/2026 18.02.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızı, İddiaçı cavabdeh X2 qarşı müalicə xərcinin dayandırılması tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı müalicə xərcinin dayandırılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsində iddia qaldırmışdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə təqdim olunarkən müvafiq tələblərə əməl olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Zərdab rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən əsasən X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay uşağa görə 180 azn aliment və müalicəsi üçün hər ay 40 azn tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Qətnamədən də göründüyü kimi aliment və müalicə üçün tutulan məbləğ X4 verilməli olduğundan iddiaçının hazırkı tələbi də ona qarşı yönəlməli idi. Lakin hazırki iddiada Cavabdehdur və məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, cavabdehin ünvanı Zərdab rayonu, Şahhüseynli Ə/D, Şahhüseynli kəndidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh olduğu halda, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli mediasiya arayışında X3 adı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 35-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdeh X2 qarşı müalicə xərcinin dayandırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar