Azərbaycan Respublikası adından QƏRARDAD Naftalan şəhəri İş № 2(5-147)-3/2026 05.03.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X2 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, İddiaçılar Bazyarı̇ Məhəmməd Nüsrət oğlunun və Əlı̇ yeva Yasəmən Nüsrət qızının cavabdeh Bazyarı̇ Gülgəz Nüsrət qızına qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar Bazyarı̇ Məhəmməd Nüsrət oğlu və Əlı̇ yeva Yasəmən Nüsrət qızı cavabdeh Bazyarı̇ Gülgəz Nüsrət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, X1 küçəsi, ev 20 ünvanında yerləşən 0,1475 ha həyətyanı torpaq sahəsinin 0,07375 ha Nümayəndə, 0,07375 ha Cavabdeh, İddiaçı1 məxsus fərdi yaşayış evinin Nümayəndə 0,07375 ha torpaq sahəsində yerləşən torpaq sahəsində saxlanılmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, məhkəmə iclasına gəlməmişlər. xx.xx.2026-cı il tarixdə iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hazırda cavabdehlə mübahisə barədə məhkəmədən kənar razılaşma əldə edilmiş və əmlak naturada bölünmüşdür. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı Əlı̇ yeva Yasəmən Nüsrət qızı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Odur ki, iddiaçı Əlı̇ yeva Yasəmən Nüsrət qızı tərəfindən ödənilmiş həmin məbləğ geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Bazyarı̇ Məhəmməd Nüsrət oğlunun və Əlı̇ yeva Yasəmən Nüsrət qızının cavabdeh Bazyarı̇ Gülgəz Nüsrət qızına qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Əlı̇ yeva Yasəmən Nüsrət qızı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naftalan Şəhər Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(5-147)-3/2026
Naftalan Şəhər Məhkəməsi Qərardad — İş №2(5-147)-3/2026
05.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver