Məhkəmə qərarları › İş №2(5-150)-168/2026

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(5-150)-168/2026

06.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(5-150)-168/2026 06.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, İddiaçılar İddiaçı1, İsmayılzadə (Allahverdiyeva) Gülbəniz Vəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (Şamil) qızına, Cavabdeh5, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızına, Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbi barədə iddia ərizəsinə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İsmayılzadə (Allahverdiyeva) Gülbəniz Vəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (Şamil) qızına, Cavabdeh5, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızına, Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılmamış, iddiaçıların nümyəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İsmayılzadə (Allahverdiyeva) Gülbəniz Vəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (Şamil) qızına, Cavabdeh5, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızına, Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbi nə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1, İsmayılzadə (Allahverdiyeva) Gülbəniz Vəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (Şamil) qızına, Cavabdeh5, Əlişzadə (Allahverdiyeva) Kəmalə Şamil qızına, Cavabdeh7 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan apellyasiya qaydasında şikayət verilmədikdə qərardad həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar