Məhkəmə qərarları › İş №2(5-162)-21/2026

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(5-162)-21/2026

12.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(5-162)-21/2026 12.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon Notariat Ofisi olmaqla ata və anasından miras qalmış Tərtər rayon Qazyan kənidinə yerləşən 8,5106 ha torpaq sahəsinin valideynlərinə düşən hissəsindən payının ayrılaraq adına dövlət qeydiyyatına alınması və həmin miras əmlaka birgə xx.xx.2025-ci il tarixli, ********** saylı çıxarış əsasında ona verilmiş 4/18 ha torpaq sahəsinə dair ayrıca çıxarışın verilməsi tələbinə dair iddia ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon Notariat Ofisi olmaqla ata və anasından miras qalmış Tərtər rayon Qazyan kənidinə yerləşən 8,5106 ha torpaq sahəsinin valideynlərinə düşən hissəsindən payının ayrılaraq adına dövlət qeydiyyatına alınması və həmin miras əmlaka birgə xx.xx.2025-ci il tarixli, ********** saylı çıxarış əsasında ona verilmiş 4/18 ha torpaq sahəsinə dair ayrıca çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon Notariat Ofisi olmaqla ata və anasından miras qalmış Tərtər rayon Qazyan kənidinə yerləşən 8,5106 ha torpaq sahəsinin valideynlərinə düşən hissəsindən payının ayrılaraq adına dövlət qeydiyyatına alınması və həmin miras əmlaka birgə xx.xx.2025-ci il tarixli, ********** saylı çıxarış əsasında ona verilmiş 4/18 ha torpaq sahəsinə dair ayrıca çıxarışın verilməsini tələb etsə də, hazırki iddia tələbi ilə əvvəlcə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə, sonra isə aldığı cavaba əsasən aidiyyəti məhkəməyə müraciət etməlidir. İddiaçı bunu etmədən bir başa Tərtər Rayon Məhkəməsinə müraciət etmişdir. Eləcə də iddiaçı iddia ərizəsində qoşma hissəsində əlavə edilmiş sənədlərin siyahısını qeyd etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki tələb ilə bağlı iddiaçı göstərilən nöqsanları aradan qaldırmaqla aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 152.3-cü madəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Belə ki, qeyd olunan maddədə iddia tələbinin əsaslandırılması iddiaçının vəzifəsi hesab edilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin 149-cu maddəsində nəzərdə tutulan tələblər pozulmaqla verildikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra hazırki iddia ilə ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən ərizə geri qaytarıldığından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər Rayon Notariat Ofisi olmaqla ata və anasından miras qalmış Tərtər rayon Qazyan kənidinə yerləşən 8,5106 ha torpaq sahəsinin valideynlərinə düşən hissəsindən payının ayrılaraq adına dövlət qeydiyyatına alınması və həmin miras əmlaka birgə xx.xx.2025-ci il tarixli, ********** saylı çıxarış əsasında ona verilmiş 4/18 ha torpaq sahəsinə dair ayrıca çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar