Məhkəmə qərarları › İş №2(5-163)-303/2026

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(5-163)-303/2026

16.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(5-163)-303/2026 16.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İddiaçı və Cavabdehnın iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Tovuz şəhərində 16 mart 2026cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən ona borclu olduğu 800 (səkkiz yüz) manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, kənd təsərrüfatı ilə məşğuldur. Özünə məxsus üzüm sahəsini becərməklə ailəsini saxlayır. Cavabdehin onunla qonşuluqda torpaq sahəsi vardır. Cavabdeh ona məxsus torpaq sahəsindən onun tərəfindən əkilmiş üzüm tinglərini qəsdən çıxarıb yandırmış və ona maddi ziyan vurmuşdur. Vurulmuş ziyan xeyli məbləğ etsə də, cavabdehdən cəmi 800 manat tələb edir. Cavabdeh ona 200 manat şitillərin dəyəri, 600 manat isə 3 il ərzində qulluq xərci olmaqla, cəmi 800 manat ziyan vurmuşdur. Odur ki, Cavabdeh 800 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə qonşuluqda torpaq sahəsini əkib becərir. Aralarında torpaq sahəsi ilə bağlı mübahisələri vardır. Ona görə də arvadı iddiaçının torpaq sahəsində olan yeni əkilmiş ştilləri çıxarıb, yandırmışdır. Bütün bunları o, əsəbləşdiyi üçün etmişdir. Orada iddia edilən məbləğdə ştil olmamışdır. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri, işin hallarını hərtərəfli tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İşə əlavə edilmiş Tovuz rayon Polis Şöbəsinin 21 fevral 2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 3(062)-236/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın iki misli miqdarında, yəni 400 manat cərimə edilmişdir. Həmin qərarla Cavabdeh İddiaçı 200 manat ziyan vurması müəyyən edilmişdir. İşə əlavə edilmiş Tovuz rayon Polis Şöbəsinin 21 fevral 2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, sorğuya əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi mübahisəli əraziyə baxış keçirərkən məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsi elektron baza məlumatlarına əsasən, İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh bağ sahəsində qonşudurlar. Cavabdeh iddiaçıya məxsus üzüm bağına girmiş, orada olan üzüm ştillərini çıxararaq yandırmışdır. Tovuz rayon Polis Şöbəsinin 21 fevral 2025-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi yoxdur və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilməlidir. Tovuz Rayon Məhkəməsinin 3(062)-236/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək vurulmuş ziyanın iki misli miqdarında, yəni 400 manat cərimə edilmişdir. Cavabdeh özü də etiraf etmişdir ki, əkilmiş ştilləri aralarında mübahisə olduğuna görə çıxararaq yandırmışdır. İddiaçı həmçinin əlavə xərclərinin və mənəvi ziyanın olmasını göstərsə də, bu halın nədən ibarət olmasını və sübutlarını təqdim edə bilməmişdir. 100 ədəd ştilin cavabdeh tərəfindən çıxarılaraq məhv edilməsi araşdırma zamanı və inzibati qərarla sübuta yetirilir. Məhkəmə göstərilən ştillərin yenidən bərpa edilərək onlara göstərilən aqrotexniki xidmətin dəyərini 200 manat qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ştillərə görə 200 manat, çəkilmiş xərcə görə isə 200 manat olmaqla, cəmi 400 manat alınıb iddiaçıya ödənilməlidir. Odur ki, 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın dəymiş ziyanın məbləğinə aid qalan hissəsi sübut olunmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu irəli sürdüyü (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə mübahisə edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. 400 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 400 (dörd yüz) manat pul, ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar