Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(5-166)-195/2026 02.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Əliyar oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdeh Yevlax Şəhər Bələdiyyəsinə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Yevlax Şəhər Bələdiyyəsinə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Yevlax Şəhər Bələdiyyəsi tərəfindən əsasız olaraq hesablanıb üzərinə yazılmış 218,82 manat borc məbləğinin silinməsinə dair məhkəmə qətnməsi çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. İş materiallarından göründüyü kimi inzibati orqan olan bələdiyyələr ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçı ilə cavabdeh arasında müqavilə öhdəlikləri yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3, 152.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X1 cavabdeh Yevlax Şəhər Bələdiyyəsinə qarşı “Əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ərizəsinin qəbulundan imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(5-166)-195/2026
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(5-166)-195/2026
02.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver