Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 2(5-86)-27/2026 13.02.2026 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdeh Culfa rayon Boyəhməd kənd tam orta məktəbinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Culfa rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Culfa rayon Boyəhməd kənd tam orta məktəbinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Culfa rayon Məhkəməsinə müraciət etmişdir. Culfa rayon Məhkəməsinin 21 yanvar 2026-cı il tarixli, 2(5-86)-27/2026 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 13 fevral 2026-cı il tarixə təyin edilmişdir. İddiaçı 10 fevral 2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Culfa rayon Boyəhməd kənd tam orta məktəbinə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, belə nəticəyə gəlir ki, ərizə nəzərə alınmalı, İddiaçı cavabdeh Culfa rayon Boyəhməd kənd tam orta məktəbinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1, 170.2 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. İddia ərizəsi geri qaytarıldığından, hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş 97 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Culfa rayon Boyəhməd kənd tam orta məktəbinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi geri qaytarılsın. 05 yanvar 2026-cı il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 97 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №2(5-86)-27/2026
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №2(5-86)-27/2026
13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver