Məhkəmə qərarları › İş №2(5-93)-1402/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-1402/2026

18.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-1402/2026 18.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı1 və İddiaçı2 “rəsmi korrupsiya cinayətləri faktları barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1 və İddiaçı2 “rəsmi korrupsiya cinayətləri faktları barədə ərizəsi məhkəməyə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizənin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məzmununa riayət edilməmiş, belə ki, ərizəyə hazırki halda mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmənin tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 204.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər. 205.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 4.1. Bütün orqanlar (qurumlar) və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanları həyata keçirirlər. 4.2. Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra “Komissiya”) həyata keçirir. 11-1.1-ci bəndinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmənin mövqeyi Hazırki ərizəni və məzmununu nəzərdən keçirərkən onun hazırki halda mülki prosessual qanunvericilik çərçivəsində iddia icraatı qaydasında baxılması mümkün olmadığından icraata götürülməsindən imtina edilməli, şəxsə yuxarıda sadalanan qanunvericiliyin normalarına istinad etməklə müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı1 və İddiaçı2 “rəsmi korrupsiya cinayətləri faktları barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində (elektron kabinet vasitəsilə) Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar