Məhkəmə qərarları › İş №2(5-93)-179/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-93)-179/2026

03.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-179/2026 03.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh Binəqədi rayon İcra şöbəsinin İcra məmuru Xəqani Əliyevin iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 118.942 (yüz on səkkiz min doqquz yüz qırx iki) manat, mənəvi zərərə görə 67.635 (altmış yeddi min altı yüz otuz beş) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2018 saylı 14 iyun 2018-ci il tarixli qətnamə üzrə icra vərəqəsi xx.xx.2019-cu il tarixdən Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin icraatına verilmişdir. Kamran Mirzəyev tərəfindən icra sənədi xx.xx.2019-cu il tarixdə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-yə göndərilmişdir. 23 yanvar 2020-ci il tarixdə yekun protokolla girov qoyduğu mənzili "xxxx" QSC 186.942 manata satılması qətnamədə göstərilsə də, məznilin sahibinin xəbəri olmadan 118.942 manata bank hərracla alqı satqı müqaviləsi bağlayaraq mənzilini almışdır. Binəqədi rayon İcra şöbəsi də məhkəmə orqanlarının siyahısına daxil olduğundan icra məmurlarının qanunsuz hərəkətsizliyi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanı ödənilməlidir. Bu barədə Ədliyyə Nazirlyinə müraciət etdikdən sonra Ədliyyə Nazirliyinin İcra baş İdarəsinin xx.xx.2023-cü il tarixdə Binəqədi rayon icra şöbəsinin rəisi İlham Həsənova rəsmi məktub göndərərək borcluya çatası 83.794 manat vəsait hazıradək alınıb, mənzilin sahibinə verilməmişdir, məhkəmə qərarı nəzarətdə saxlanılmaqla tələbin təmin olunması istiqamətində tədbirlərin davam etdirilməsi xahiş olunmuşdur. Bu məktuba məhəl qoymayan Kamran Mirzəyev "xxxx" QSC 04 mart 2024 tarixdə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə saxta məktub göndərərək İddiaçı banka 35147,56 manat məbləğində kredit borcu tam bağlandığını bildirərək, xahiş etmişdir ki, icraata xitam verilsin. Kamran Mirzəyev 2019-cu ildə əmlakını açıq hərraca çıxararaq 186.577 manata satılmasını sifariş vermişdir, buna baxmayaraq 2024cü ilədək nə bankın borcu bağlanmışdır, nə ona çatası pullar verilmiş, nə də ondan 300 (üç yüz) manat alınıb "xxxx" MMC-nin hesabına alınıb verilməmişdir. İcra məmuru ilə bank məmurları əlbir olaraq dövlətinə çatası 35.147,56 manat məbləğində pulu ödətdirməmişdir və açıq hərraca çıxarılaraq alqı satqı müqaviləsinə əsasən 151.429,44 manat pul vəsaiti mənzili sahibi X1 qaytarılmalıdır. Həmin xitam qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş, Binəqədi Rayon Məhkəməsi 8(001)-779/2024 saylı xx.xx.2024 tarixli qərardadı ilə xx.xx.2024 tarixli qanunsuz və əsassız icra məmrunun qərarını ləğv edərək Bak şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixdə 2(006)-790/2018 saylı icra sənədi üzrə Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən qəbul edilmiş 13 mart 2024 tarixli "icraata xitam verilməsi haqqında" qərar ləğv edilmişdir .İcra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Binəqədi İcra Şöbəsinin məmuru Xəqani Əliyev xx.xx.2024 tarixdə ona məktub ünvanlamışdır ki, xx.xx.2024 tarixdə icra sənədi üzrə icraat təzələnmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Buna baxmayaraq icra məmuru Xəqani Əliyev vəzifə səlahiyyətindən sui-istifadə edərək Azərbaycan Respublikasının adından çıxmış və qüvvəyə minmiş qətnaməsini icra etmədiyinə görə icra məmurunun hərəkətsizlyindən Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdir. 8(001)-33/2025 saylı xx.xx.2025 tarixli qərardad çıxarılaraq Bakı Şəhər Binəqədi Rayon İcra Şöbəsinin məmuru Xəqani Əliyevin hərǝktsizliyi qanunsuz hesab edilmişdir. Bu qərardan icra məmuru Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir. 8(103)-282/2025 saylı xx.xx.2025 tarixli qərarı ilə şikayət təmin edilməmişdir və 1-ci İnstansiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Binəqədi rayon İcra şöbəsi də məhkəmə orqanlanın siyahısına daxil olduğundan icra məmurlarının qanunsuz hərəkətsizliyi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanı ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda göstərilən icra sənədində İddiaçı cəmi 35147,56 manat pulun alınaraq "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın ipotekaya qoyulmuş X1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, 59 K saylı evin 129 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 186577 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pulun X1 qaytarılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manatın İddiaçı tutulub "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Lakin iş materiallarından və borcluların izahatlarından belə məlum olur ki, hərrac keçirilmişdirsə, hərrac barədə onların məlumatı olmamış, evin satılması halında artıq qalan məbləğ onlara qaytarılmamışdır. Bundan başqa prokurorluq orqanında müvafiq araşdırma zamanı borcun başqa əsasla, məcburi köçkün olmaqla şəhid ailəsi sayılması nəzərə alınaraq silinməsi aşkar edilmişdir. İcra məmuru Xəqani Əliyevin hərəkətsizliyi və qanunsuzluğu barəsində 8(001)-33/2025 saylı xx.xx.2025 tarixli Binəqədi Rayon Məhkəməsinin qərardadı qüvvəyə minərək sübut etmişdir. Odur ki, yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, Cavabdeh Binəqədi Rayon İcra və Probasiya Şöbəsindən icra məmuru Xəqani Əliyevin hərəkətsizliyi qanunsuz hesab edildiyinə görə, cavabdeh Binəqədi Rayon İcra və Probasiya Şöbəsindən maddi zərərə görə 118.942 (yüz on səkkiz min doqquz yüz qırx iki) manat,mənəvi zərərə görə 67.635 (altmış yeddi min altı yüz otuz beş) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və təmin olunmasını xahiş etdi. Həmçinin məhkəmə iclasında vəsatətlə müraciət edərək, xx.xx.2020-ci il tarixli evin alqısatqı olunması ilə bağlı qəbzi və xx.xx.2019-cu il tarixli X1 ünvanlanmış məktubunun poçt qəbzlərinin xx.xx.2026 tarixdə saat 10:00-a təyin olunmuş prosesdə icra məmuru Xəqani Əliyev tərəfindən təqdim olunmasını və vəsatətinin araşdırılıb təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər vəsatətində, "xxxx" QSC-nin sədri Məmməd Musayevin qanun pozuntularına yol verdiyinə görə məhkəməyə dəvət edilməsi və qanunsuz qərar çıxardığına görə məsuliyyətə cəlb edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İcra məmuru Xəqani Əliyev iddia ərizəsinin təmin olunmamasını və əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmişdir. İzahatında buldirmişdir ki, tələbkarın tələbdən imtinası məhkəmə tərəfindən qəbul edilmiş, apellyasiya məhkəməsi tərəfindən isə işə baxılaraq qüvvədə qalmışdır. Hazırda öz tərəfindən icraata xitam verilmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-16/1-H-16184- C/24 saylı məktubunun surətindən görünür ki, “iddiaçının şikayəti əsasında Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə icra məmurunun müraciətində qeyd olunan icra sənədi üzrə "icraata xitam verilmesi haqqında" qərarını ləğv etmiş ve sənədi təkrar icraya yönəltmişdir. İcra sənədi hazırda sözügedən icra qurumunun icraatındadır ve zəruri icra tədbirlərinin görülməsinə başlanılmışdır”. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)33/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh icra məmuru Xəqani Əliyevin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2018 saylı, 14 iyun 2018-ci il tarixli icra sənədi üzrə müvafiq icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. "xxxx" QSC-nin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli, 118 nömrəli məktubuna əsasən borclu İddiaçı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit borcu və hesablanmış faiz borcu tam ödənilmişdir. Həmin əmlakın ipoteka yüklülüyündən (girovdan) azad edilməsinə etiraz etmirlər. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-553/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsəsən təqdimat təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2018 nömrəli, xx.xx.2018-ci il tarixli sənədi üzrə tələbkar Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin tələbdən imtinasının qəbul edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(3-6)-518/2026 saylı, xx.xx.2026cı il tarixli qərardadına əsəsən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4658/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.202026-cı il tarixli qərarı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-790/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icraatına xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının İcra Haqqında Qanununun 20.1.1 İcra sənədi üzrə məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icraata aşağıdakı hallarda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmə qərarı ilə ipoteka ilə yüklü edilmiş mənzil X1 məxsus olmaqla məhkəmə qərarı ilə evin satılmasından sonra da qalıq pulun məhz sonuncuya verilməsi nəzərdə tutulmuş, hazırki iddiaçı isə icra sənədi üzrə digər borclu qismində olmuşdur. İcra sənədi üzrə tələbkar "xxxx" QSC tələbindən imtina etmiş, imtina məhkəmə tərəfindən qəbul edilmiş, icra sənədinin icraatına xitam verilmişdir. İddiaçı hazırda qeyd edilən mənzildə yaşayır və mənzilin mülkiyyətçisi sonuncunun həyat yoldaşı Günel Hüseynovadır. İddiaçı isə mənzilin hərraca çıxarıldığı zaman müəyyən edilmiş məbləği maddi ziyan kimi, mənzilin qiymətləndirilməsi zamanı müəyyən edilmiş məbləğlə arasındakı fərqi də mənəvi ziyan kimi qarşı tərəfdən tələb edir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarına qiymət verərilərkən irəli sürülmüş tələbin təmin olunması üçün heç bir hüquqi əsası müəyyən edilmədiyindən, iddiaçının da hazırki məzmunda tələb irəli sürməsi üçün subyektiv hüququ müəyyən edilmədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia rədd edillməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş üzrə iddiaçı məhkəmə xərclərindən azad olunduğundan və tələb təmin edilmədiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı maddi zərərə görə 118.942 (yüz on səkkiz min doqquz yüz qırx iki) manat, mənəvi zərərə görə 67.635 (altmış yeddi min altı yüz otuz beş) manat pulun alınaraq ona verilməsinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar