Məhkəmə qərarları › İş №2(5-93)-656/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-656/2026

10.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-656/2026 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli Toğrul Salman oğlu, İddiaçı cavabdeh Yelo Bank ASC-ə qarşı “icra qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh ASC-ə qarşı “icra qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqaüd kartından qanunsuz olaraq tutulmuş 50 faiz məbləğin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 25 faizə endirilməsi, noyabr ayının 7-dən etibarən artıq tutulmuş məbləğin geri qaytarılmasının təmin edilməsi, gələcəkdə təqaüddən tutulmaarın yalnız qanunla müəyyən edilmiş 25 faiz həddində aparılması barədə müvafiq göstəriş verilməsini və qanunsuz tutulma ilə bağlı müvafiq tədbirlər götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə ünvanlanan müraciət iddia ərizəsi formasında tərtib edilməklə, müraciət müəllifi İddiaçı özünü iddiaçı, Cavabdeh ASC-ni isə cavabdeh qismində göstərmişdir. Halbuki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx/xx-104064-16 saylı, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, müraciətdə qaldırılan məsələ mahiyyət etibarı ilə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı müraciət olmuşdur. Belə ki, həmin məktubda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-9311/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı və X1 birgə qaydada 12232,23 ABŞ dolları pul vəsaiti və 23,40 manat dövlət rüsumu tutularaq tələbkar Cavabdeh ASC-ə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasəntərəfdlər icra sənədi üzrə borc məbləğinin hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin məktubda vətəndaşa məhkəməyə müraciət etmə qaydası izah olunmasına baxmayaraq hazırkı ərizə mülki prosessual qanunvericiliyin tələblərinin ziddinə, iddia ərizəsinin forma və məzmun tələbləri ilə pozulmaqla tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində göstərilməli olması barədə tələbi həm də onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələbini konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən, iddia ərizəsinin forma və məzmun tələblərinə uyğun olmayaraq verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, qətnamənin icra üsulunu və qaydasını dəyişdirmək barədə ərizə formasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 149, 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı Cavabdeh ASC-ə qarşı “icra qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra qətnamənin icra üsulunu və qaydasını dəyişdirmək barədə ərizə formasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar