Məhkəmə qərarları › İş №2(5-93)-772/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-772/2026

20.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-772/2026 20.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı iddia ərizəsi ilə maraciət edərək Cavabdeh1 24.02.22-ci il tarixli “İlkin alqı-satqı müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməsi, Cavabdeh1 tərəfindən ona satılmış Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 500 kv.m torpaq sahəsindən 300 kv.m hissəsinə dair hüquqların Cavabdeh2 verilməsi barədə Bakı şəhəri 44 saylı Notariat ofisində tərtib edilmiş hüquqlarını pozan etibarnamənin ləğv edilməsi barədə öhdəlik qoyulması, Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sol tərəfində yerləşən 500 kv.m torpaq sahəsindən 300 kv.m hissəsinin hasarlanmasının və istifadəsinin qanunsuz zəbt etmə hesab edilməsi, onun əməlində cinayət məsuliyyətinə səbəb olan hallar aşkar edilərsə barəsində xüsusi qərar çıxarılması, ona məxsus olan 300 kv.m torpaq sahəsinin Cavabdeh2 qanunsuz təsirlərindən, digər maneələrindən azad olunaraq, qanunsuz tikdirdiyi daş hasarın cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və sahiblik və istifadə hüquqlarımın bərpa edilməsi, cavabdehlərin gələcəkdə də həmin torpaq sahəsinə dair qanunsuz hərəkətlər etmələrinin qadağan olunması, iş üzrə məhkəmə xərclərinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

4. Belə ki İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə qarşı iddia tələbinin icraata qəbul edilmədən geri qaytarılmasını xahiş etmişdir.

5. Qanunun qeyd edilən tələblərindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

6. Odur ki, iddiaçının nümayəndəsi tərəfindən geri qaytarılma barədə ərizə verildiyinə görə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 265255028 nömrə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu Nümayəndə qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar