Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-910/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Vəliyeva Elnarə Fəxrəddin qızı, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta hadisəsi üzrə sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta hadisəsi üzrə sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdehə qarşı sığorta ödənişinin tutulmasına dair iddia tələbi irəli sürmüş, iddia ərizəsində cavabdehin hüquqi ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 3 kimi qeyd etməsinə baxmayaraq, «Elektron məhkəmə» informasiya sistemindən çıxarışla cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanın Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti 3 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsində irəli sürülən iddia tələbi ilə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün həmin ərizə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan və iddiaçı tərəfindən məhkəməyə iddia ilə müraciət edilən zaman mülki prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ normalarına əməl edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddiaçıya yuxarıda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta hadisəsi üzrə sığorta ödənişinin tutulması” tələbinə dair iddia ərizəsi, ona edilmiş sənədlər və 127,6 (yüz iyirmi yeddi manat altmış qəpik) manat ödənilmiş dövlət rüsumu (Qəbz: **********) geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(5-93)-910/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-910/2026
24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver