Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-146/2026 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2rşı diplomun tanınmasından imtina barədə qərarın qanunsuz hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2rşı diplomun tanınmasından imtina barədə qərarın qanunsuz hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair AR Ali Məhkəməsi Plenumunun xx.xx.2015-X6 Qərarı: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin mövqeyi: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı diplomun tanınmasından imtina barədə inzibati orqanın qərarını mübahisələndirir. Belə ki, fiziki şəxslə “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X5 arasında diplomun tanınması ilə bağlı yaranmış münasibətlər publik hüquqi münasibətlərdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya məhkəmə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” X2rşı diplomun tanınmasından imtina barədə qərarın qanunsuz hesab edilməsi və sair tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı izah olunsun ki, diplomun tanınmasından imtina barədə qərarın qanunsuz hesab edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(5-94)-146/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-146/2026
12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver