Məhkəmə qərarları › İş №2(5-94)-737/2026

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-737/2026

09.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-737/2026 09.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X2, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən evə görə cavabdehə verdiyi 45000 manatın və əldə çıxmış fayda kimi 10000 manatın, cəmi 55000 manatın alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Məhkəmənin mövqeyi: Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddiaçı Cavabdeh1 cavabdehlər X1, X3 və İddiaçı qarşı mülkiyyətində olan Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair ilkin iddiası təmin edilmiş, qarşılıqlı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 60500 manatın (çıxarılması tələb edilən evə görə ödənilmiş) alınıb ona verilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 2(042)-568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qətnamə qanuni qüvvəyə minmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. xx.xx.2026-cı il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən əsasən dövlət rüsumu kimi ödənilmiş 255 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar