Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-94)-990/2026 20.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi ilə, İddiaçı cavabdehlər AR Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər AR Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində iki cavabdeh qeyd edilsə də, cavabdeh Kənd Təsərrüfatı Nazirliyindən maddi zərərin və ələdə çıxmış faydanın ödənilməsini tələb edilmiş, digər cavabdehə qarşı olan tələb isə göstərilməmişdir. Bundan başqa, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsdir və onun fəaliyyət istiqaməti kənd təsərrüfatı fəaliyyətinə aiddir. Hazırda da iddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar torpağa çəkdiyi xərclərin və əldə çıxmış faydanın əvəzini torpaq digər şəxsin istifadəsində verildiyi və onun sahibliyindən çıxdığı üçün Kənd Təsərrüfatı Nazirliyindən tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq ümumi məhkəmədə baxıla bilməz. Sahibkar fiziki şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinə qarşı maddi ziyanın ödənilməsi tələbinə maddi ziyanın Nazirliyin inzibati fəaliyyəti və ya mülki-hüquqi hərəkəti ilə əsaslandırılmasından asılı olaraq, müvafiq olaraq inzibati və ya kommersiya məhkəməsində baxıla bilər. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 149-152-ci, 263-264cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər AR Kənd Təsərrüfatı Nazirliyi və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsiml
Məhkəmə qərarları › İş №2(5-94)-990/2026
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(5-94)-990/2026
20.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver