Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-386/2026 06.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdehnə qarşı “İcra hərəkətlərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçıi İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu İcra şöbəsinə qarşı “İcra hərəkətlərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(003) -822/2013 saylı qətnaməsinin icrasının təmin edilməsində hərəkətizliyi, səhlənkarlığı nəticəsində ona vurulmuş 2000 manat məbləğində zərərin Cavabdehndən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 1) MPM-in 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 1. ərizənin verildiyi məhkəmənin adı; 2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 5. “Mediasiya haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 6. ərizəyə əlavə edilən sənədlərin siyahısı. MPM-in 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. "İcra Haqqında" Azərbaycan Respublikası Qanunun 87.4-cü maddəsinə əsasən, icra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tətbiqi ilə bağlı qeyd edir ki, icra məmuru tərəfindən vurulmuş ziyanın zərəçəkən tərəfindən tələb edilməsi digər subyektlər tərəfindən vurulmuş ziyanın tələb edilməsi ilə eyniləşdirilmişdir. Bu xüsusda qeyd olunmalıdır ki, vurulmuş maddi və mənəvi ziyanın vurulması ilə bağlı tələblərə iddia icraatı qaydasında baxılır və həmin işlər üzrə tərəflər məhkəmə prosesində iddiaçı və cavabdeh olaraq iştirak edirlər. Lakin hazırda İddiaçı tərəfindən “İcra hərəkətlərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edilsə də, ərizə şikayət ərizəsi formasında təqdim edilmiş, iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə riayət edilməmişdir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Ona görə məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. 2) Digər tərəfədən MPM-in 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. MPM-in 108.2-ci madəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Ərizəyə əlavə edilən sənədlərdən görünür ki, ərizəçi 2000 (ki min) manat məbləğində zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etsə də, qanunvericiliyin tələbinə uyğun olaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmiş, habelə Elektron məhkəmə İnformasiya Sistemindən də dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən, bu halda da ərizə qaytarılmalıdır. Belə ki, MPM-in 152.1.5-ci maddəsinə əsasən də, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə əməl edilmədən tərtib və təqdim edildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə məhkəmə nəzərə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı
İddiaçı Cavabdehnə qarşı “İcra hərəkətlərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Natiq Əsgərov