Məhkəmə qərarları › İş №2(5-95)-99/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(5-95)-99/2026

09.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-95)-99/2026 09.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Cavabdeh qarşı “cərimələrin və sürücülük vəsiqəsinə tətbiq edilmiş məhdudiyyətin üzərindən götürülməsi” barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Cavabdeh qarşı “cərimələrin və sürücülük vəsiqəsinə tətbiq edilmiş məhdudiyyətin üzərindən götürülməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamənin müddəti bitdikdən sonar nəqliyyat vasitəsilə bağlı tərtib edilmiş inzibati cərimələrin onun üzərindən götürülərək Cavabdeh üzərinə yönəldilməsini; Həmin cərimələr əsasında sürücülük vəsiqəsinə tətbiq edilmiş bütün məhdudiyyətlərin ləğv edilməsini; Əgər cərimələr tərəfindən ödənilmişdirsə, ödənilmiş məbləğin cavabdehdən tutulmasını; Məhkəmə qərarının icrası üçün müvafiq qurumlar (BDYPİ) göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2026-cı il tarixdə dəftərxanan vasitəsilə məhkəməyə ərizə təqdim edərək, 2(5-95)-99/2026 saylı işin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2026-cı il tarixli ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qanunvericiliyin tələbinə əsasən, iddia ərizəsi qərardadla icraata götürülənədək, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim edirsə, iddia ərizəsi ona geri qaytarılır. “Elektron məhkəmə” informasiya sitemindən görünür ki, 2(5-95)-99/2026 saylı iş məhkəmənin qərardadı ilə icraata götürülməmişdir. Habelə iddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının xx.xx.2026-cı il tarixli ərizəsi üzrə tələbi qanunamüvafiq olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya izah edilməlidir ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı İddiaçı Cavabdeh qarşı “cərimələrin və sürücülük vəsiqəsinə tətbiq edilmiş məhdudiyyətin üzərindən götürülməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar